Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı


19.03.2023  19:07 

Yaqub Eyyubov, Oktay Əsədov, Allahşükür Paşazadə Rusiyanın adamıdır? - Iddia





A+  A-

“Rusiya artıq həmin Rusiya deyil. Ukrayna müharibəsindən sonra heç kim Rusiyanı adam yerinə qoymur. Estoniya və Litva Rusiyaya qarşı ərazi iddiası ilə çıxış edir, Moldova və Gürcüstan Rusiyanın əleyhinə bəyanatlar səsləndirir və s. Gürcüstandan böyük olan Azərbaycan isə heç nə etmir. Bunun səbəbi ondadır ki, Azərbaycanda vəzifədə olanların içərisində Rusiyanın kadrları, Rusiyanın agentura şəbəkəsinə cəlb edilmiş adamlar hələ də çoxdur”.

XəzərNews.az xəbər verir ki, bunu ADP sədri Sərdar Cəlaloğlu Azpolitika.info-ya müsahibəsində deyib. O, bildirib ki. Həmin adamlar vasitəsi ilə Rusiyanın hökumətə təsir imkanları var:

“Parlamentdə də Rusiyaya xidmət edən deputatların sayı kifayət qədərdir. Bundan əlavə qeyri-rəsmi güclər də var. Lobbilər, cinayətkar elitalar, biznes dairələri və s. Bu dairələrin hər zaman hökumətin siyasətinə təsiri böyük olub. Dünyada belədir… Azərbaycanda da dövlətin siyasətinə təsir edən ruypərəst qüvvələr var.

Məsələn, orduda Nəcməddin Sadıkov və onun adamları…

Ümumiyyətlə, hökumətdə köhnədən qalanların bir çoxu Rusiya xəttində olan adamlardır. Məsələn, Baş nazirin müavini Yaqub Eyyubov. Bu adam Rusiyadan “Rus torpaqlarının qorunmasında göstərdiyi xidmətlərə görə” orden alıb. Sual olunur - Yaqub Eyyubov, sən hansı rus torpaqlarını müdafiə edib, bu ordeni almısan? Belə çıxır ki, Azərbaycanı müstəqillik yolundan saxlamaq, ruslar üçün rus torpaqlarının müdafiəsi anlamına gəlir… Baxın, Azərbaycan məmurlarının 70-80 faizinin Türkiyə ilə heç bir əlaqəsi yoxdur, bu ölkəyə səfər etmirlər. Parlamentin keçmiş sədri Oqtay Əsədovun pulları Moskvada idi. Niyə Türkiyəyə və ya İngiltərəyə aparmayıb? Çünki Rusiyanın adamı idi, bu pulları da Rusiyanın vasitəsilə qazanmışdı. Məsələn, Allahşükür Paşazadənin biznesi haradadır? Rusiyanın təsiri altında olan Şərqi Avropa ölkələrində…”.

Xəbər 1446 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +