Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


29.09.2018  09:52 

Bu məlumatlara baxmağa 75 ildən sonra icazə veriləcək





A+  A-

“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qərarın tətbiqi ilə əlaqədar Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilib.
XəzərNews.az xəbər verir ki, bununla əlaqədar “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”nin 4.7-ci bəndinin ikinci abzası aşağıdakı redaksiyada dəyişdirilib: “Tərkibində dövlət sirri olan arxiv sənədlərindən istifadəyə, onların məxfiləşdirildiyi gündən məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən sonra icazə verilir. Həmin müddətlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın rəyi ilə uzadıla bilər”.

“Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilib:

2.1. 5-ci hissəyə aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin: “Vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar aradan qalxdığı və ya dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və ya təşkilatın rəhbəri yoxlamanın nəticəsi ilə razı olmadığı hallarda onun təşəbbüsü ilə təkrar yoxlama keçirilə bilər.”;

2.2. həmin Qaydaya əlavə forma 1-in “Qeyd”inin 3-cü hissəsinə “siyahısının” sözündən sonra “və ya dövlət sirrinə aid edilən məlumatların siyahısının” sözləri əlavə edilsin.

“Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları”nın 2.13- cü bəndinə “məlumatlarla” sözündən sonra “və ya dövlət sirrinə aid edilən məlumatların siyahısı ilə” sözləri əlavə edilsin.

Xəbər 1555 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +