“Avant Group”un 3 əməkdaşı saxlanıldı
Azərbaycanlı şair EDAMA məhkum edildi
Azərbaycanlı müğənni bağ evini niyə satır?
Bakı-Ağdam avtobus reysi təşkil edilir
Vətəndaşlar bank kartlarından imtina edir?
Əli Mirəliyevdən ŞOK Açıqlama: “Bir gün morqda qaldım”
Avtobus velosipedlə gedən adamı vurdu - Lənkəranda
Hansı məmurun Dubayda villası yoxdur?
Sabah güclü külək olacaq, yağış yağacaq
Danışan və SUSAN vicdan...


22.09.2025  11:01 

İran Cənubi Qafqaz mövzusunda Rusiyanın adından danışır





A+  A-

Ərəblərin və yəhudilərin Azərbaycana və Gürcüstana marağının artması məsələsini İran yenidən qabardır. Buradakı yenilik yalnız Gürcüstana yəhudilərin axınıdır. Yunanıstan və Kiprdə yəhudilərin məskunlaşması prosesinin hansı vəziyyətdə olduğu barədə məlumat yoxdur. Bir qədər əvvəl Yunanıstan və Kiprdə yəhudilərin ev və mülk alması ilə bağlı xəbərlər yayılmışdı. Yunanlar buna etiraz edirdilər. İndi isə yəhudilər təxminən Qara dənizin digər sahilində – Gürcüstanda evlər almağa başlayıblar.

Yəhudi rəsmilərinin Gürcüstanla əlaqələri intensivləşir. Təhlükəsizlik naziri İtamar Ben-Qvir Gürcüstanda olub, bütün güc strukturları ilə görüşlər keçirib. Yaxın günlərdə İsrailin kənd təsərrüfatı naziri Avi Dixter də Gürcüstanda olub. Görünür, İsrail yəhudilər vasitəsilə Gürcüstanın kənd təsərrüfatına investisiya yatırmaq niyyətindədir.

Cənubi Qafqazda – Azərbaycan və Gürcüstanda – İranı narahat edən digər mövzu Birləşmiş Ərəb Əmirlikləri prezidentinin səfərləridir. İran iddia edir ki, BƏƏ vəhabiləri və təfkirçiləri Cənubi Qafqazın iki ölkəsinə yerləşdirəcək. Beləliklə, həm yəhudilərin, həm də ərəblərin bölgəyə gəlişini İran həm Rusiyaya, həm də özünə təhlükə kimi təqdim edir. Bu isə əslində İranın xəstə təxəyyülünün məhsuludur. Əgər İran BƏƏ prezidentini Moskvada aeroportdan Kremlə qədər V. Putinin necə qarşıladığına, Kreml qəbuluna və yola salmasına diqqət etsəydi, hər şeyi başa düşərdi. Amma əvvəlcə bunun üçün ağıllı adam tapmalıdır. BƏƏ prezidentini V. Putin təhlükə kimi görmür. Rusiya BƏƏ-ni Fars körfəzində müəyyən qədər sağlamlaşdırıcı funksiyası olan dövlət kimi qəbul edir. Çünki BƏƏ Səudiyyə Ərəbistanına təsir göstərə bilər və Rusiyanın Fars körfəzində hərtərəfli iştirakı güclənməlidir.

Rusiya artıq yenidən Suriyaya qayıtmaq istəyir və bunun üçün hər şeyi edəcək. Ola bilsin, İran ərazisinin bir qismini də öz nəzarətinə alsın. Bütün bunları görüb proqnozlaşdırmaq əvəzinə İran yalnız Azərbaycana şər atmaqla, Azərbaycanın ətrafında gərgin vəziyyət yaratmaqla məşğuldur. Bu isə İrana çox baha başa gələ bilər. Çünki Rusiya ümumilikdə Qafqazda İranın gördüyü işlərdən xəbərdardır. V. Putinin şəxsi ehtiyat fondundan vəsait ayıraraq Cənubi Osetiyada – xüsusən də irandilli əhalinin yaşadığı bölgədə – səhiyyə sahəsini gücləndirməsi birbaşa İranı Qafqaz regionundan sıxışdırmağa hesablanmış addımdır.

İran normal siyasət yürütmək istəyirsə, Fələstin dövlətini tanıyan ölkələrin sırasına qoşula bilər. Əgər İran İsraildən və digər dövlətlərdən təhlükə görürsə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan müqaviləyə qoşulmaq imkanına malikdir. Misir artıq həmin müqaviləyə qoşulmağa hazır olduğunu bəyan edib. Halbuki bir qədər əvvəl Misir İsraili son 48 ildə ilk dəfə düşmən adlandırmışdı.

Allah-Taala İranın ətrafını bağlayır. Ola bilər ki, bəzi dövlətlər də İranı “anakonda ilgəyinə” salmaq istəyirlər. İran hərb, hədə və qorxu ilə bu vəziyyətdən çıxa bilməyəcək. İranın daxilindəki bəzi ekspertlər isə Rusiyanı İrana dəvət ediblər. Əhməd Kazımi talışları Rusiyanın adamları elan edib və İranın Astarasında Boris Talışinskinin təqdimatı üçün böyük tədbir təşkil edib. Ardınca Ə.Kazımi Urmiyada da tədbir keçirib. O, təkbaşına və ya digərləri ilə birlikdə Gilandan Urmiyaya qədər Rusiyanın təsir zonasına keçməsinin ideoloji əsaslarını hazırlayıb. Bu isə Rusiyanın İraqla dərin münasibət qurması üçün vacibdir. Çünki Suriyaya Rusiyanın yolu məhz İraqdan keçir.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq


Xəbər 2960 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.09.2025  12:38 

Danışan və SUSAN vicdan...

25.09.2025  12:03 

Mal-qara oğrusu saxlanıldı

25.09.2025  10:32 

Ucarda oğul anasını DÖYDÜ

25.09.2025  10:26 

Paşinyan Moskvaya səfər edib

24.09.2025  19:03 

İranın cənubunda gəmi batıb


BÜTÜN XƏBƏRLƏR +