Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


31.05.2025  11:25 

Vasif Talıbovun səhhəti pisləşdi





A+  A-

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun səhhətində problem yaranıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Yenisabah.az-a sabiq rəhbərin qohumlarından biri məlumat verib. Onun sözlərinə görə, V.Talıbovun səhhətində olan problemlər son bir neçə ayda özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Ötən həftə isə keçmiş rəhbərin sağlıq durumu daha da pisləşib. Şəxsi həkimi onu evində müayinə edəndən sonra xəstəxana şəraitində müalicə almasını vacib olduğunu bildirib. Amma Talıbov Naxçıvanda fəaliyyət göstərən tibb müəssisələrinə getməkdən imtina edib.

Qohumu deyib ki, sabiq sədr xaricdə müalicə olunmağa üstünlük versə də, bu arzusunu reallaşdıra bilməyib. Bakı onun ölkəni tərk etməsinə imkan verməyib.

Qeyd edək ki, Vasif Talıbov 21 dekabr 2022-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. Bundan sonra o, Naxçıvandakı malikəsinə çəkilərək, kənar şəxslərlə əlaqəni tamamilə kəsib. Keçmiş “Xan”ın hətta yaxın qohumlarının xeyir-şər məclislərinə də qatılmadığı bildirilir.

Xəbər 493 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +