Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


24.02.2023  15:32 

“Azərbaycan Ermənistana qaz ixrac edə bilər” - Politoloq





A+  A-

"Moskva silahlı erməni birləşmələrinin Qarabağdan çıxarılmasıni Bakı ilə razılaşacaq. Ermənistan hakimiyyəti siyasi iradə göstərib Vaşinqtonun vasitəçiliyi ilə Azərbaycan arasında sülh müqaviləsi bağlayarsa, Azərbaycan Ermənistana qaz ixrac edə bilər. Çünki, Rusiya Ermənistana qaz nəqlini dayandıra bilər”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

M.Əsədullazadə bildirib ki, Cənubi Qafqazda ciddi geopolitik qarşıdurma yeni mərhələyə keçib:

"Rusiya Azərbaycanla münasibətlərini inkişaf etdirir. Maraqlı proseslər gedir və Moskva Azərbaycana tam dəstək olmaq üçün silahlı erməni birləşmələrinin Qarabağdan çıxarılmasına da razılaşa bilər. Necəki R. Vardayanı uzaqlaşdırılmasını həyata keçirdi. Dünən bu haqda qeyd etmişdim.

Məhz Rusiya R.Vardayanı Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək üçün getməsi ilə razılaşdı. Növbədə silahlı erməni birləşmələrinin çıxarılması və Laçın yolunda nəzarət buraxılış məntəqəsinin qurulmasıdır. Ermənistan Qərbə yaxınlaşdiqca, Rusiyada Azərbaycana yaxınlaşır.

Qeyd edim ki, Qarabağda bir sıra problemləri Rusiya bizə yaradıb. Onların həllinə nail olmaq istiqamətində ciddi irəliləyişlər əldə etmək olar”.

Xəbər 1387 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +