Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi
Astara İcra Hakimiyyətinin tenderi ləğv edilib
İcra başçısını söydü, 100 manat cərimə olundu
ABŞ prezidenti mənə evakuasiya təklifi etdi - Zelenski


29.08.2025  13:29 

Həbsxanada indsident: məhkum mayoru döydü





A+  A-

Bakıda cəzaçəkmə müəssisəsində məhkum vəzifəli şəxsi döyüb.

XəzərNews.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Nizami rayonu Böyükşor qəsəbəsində yerləşən 15 saylı Cəzaçəkmə müəssisəsində baş verib.

Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə məhkum olunan şəxsin anası oğlu ilə görüşə gəlib. Bu zaman həbsxananın baş inspektoru-rəisin növbətçi köməkçisi ədliyyə mayoru və ədliyyə çavuşu onları müşayiət etməli olduqlarını bildiriblər. Lakin məhkum buna etiraz edib və anası ilə tək görüşmək istədiyini deyib. Bu alınmadıqda, məhkum əsəbiləşib və qisas almaq niyyətilə cəzaçəkmə müəssisəsinin inzibati binasının önündə mayorun sifətinə yumruqla zərbə vuraraq, ona sağlamlığa zərər vurmayan, dərəcəsi müəyyən edilməyən xəsarət yetirib.

Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisəsinin əməkdaşına və ya məhkuma, həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə) maddəsilə yeni ittiham irəli sürülüb.

Nizami rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs əvvəlki cəzasının çəkmilməmiş hissəsi ilə birgə ümumilikdə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək./Lent.az

Xəbər 2460 dəfə oxunub.




04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub

03.09.2025  14:05 

AFFA bu klubları cərimələdi

03.09.2025  13:04 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +