Bu avtobuslara qiymət artımı şamil edilməyəcək
Rafiq Məmmədhəsənov təltif edildi - Sərəncam
Sabah axşam bəzi yerlərdə yağış yağacaq
Sumqayıt şəhərində avtobus yanıb
“Qiymət artımı ilə bağlı açıqlama vətəndaşları narazı salır”
Prezident: “Dərhal vurmayacağıq”
Ukrayna Rusiyanın Mi-28 helikopterini vurdu
Deputat Anım Gününü səhv saldı, xalqı təbrik etdi
Azərbaycanlıların kəndləri su altında qaldı
Stəkana tüpürüb müştərilərə çay süzdü - Şəkidə


08.02.2024  10:54 

Bu müzakirənin başqa bir şeylə əlaqəsi yoxdur -Paşinyan





A+  A-

"Dağlıq Qarabağ və Ermənistan Respublikasının birləşdirilməsi qərarı nə deməkdir? Gələcəkdə siyasətimizi buna əsaslandıracağıq? Əgər belədirsə, biz hansı dünyadan danışırıq? Bu o deməkdir ki, sülh mümkün deyil”.

Xəzərnews.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı ölkə Konstitusiyasına ediləcək dəyişiklikdən danışarkən deyib.

“Bu müzakirənin başqa bir şeylə əlaqəsi yoxdur, bizim müzakirəmizdir. Biz bu günümüzdən, sabahımızdan, gələcəyimizdən danışırıq”, - Paşinyan bildirib.

Baş nazir müxalifəti də tənqid edib:

“Biz tarixi ədalət arzusunu dövlətimizin əsasına qoymuşuq, amma tarixi ədalətin nə olduğunu formalaşdırmamışıq? Amma Ermənistanda müxtəlif siyasi qüvvələr və qruplar “tarixi ədalət” dedikdə tamam başqa şeyləri başa düşürlər. Erməni xalqı nə istəyir? Erməni xalqı Argentinada, ABŞ-da, Rusiyada, İranda, İsraildə yaşayır, orada yaşayan erməni xalqının arzularının eyni olduğuna əminikmi? Əgər buna əminiksə, o zaman bu harada formalaşıb?”.//Modern.az


Xəbər 2739 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür


BÜTÜN XƏBƏRLƏR +