Nazir Peşə Agentliyinin direktorunu işdən çıxartdı
Ağcabədidə həkimlər lazım olan diaqnozu qoya bilmirlər - Deputat
Quduzluğu təyin etmək üçün 600 manat... - Naxçıvanda
Həzi Aslanov təqaüdə göndərildi
Baş direktorla müavininə ağır cəza tələb edilir
Avtobusda ödəniş edərkən DİQQƏTLİ OLUN -FOTO
Milli Məclisin qarşısında yanğın -VİDEO
Durovu qonşusu zəhərləyib?
“Yaroslavnefteorqsintez“ zavodunda yanğın baş verib
Fantastik qiymətə kəmər...-FOTO


15.02.2022  11:45 

“Müdafiə Nazirliyində xımır-xımır yeyiblər” - Fazil Mustafa





A+  A-

“Nəzarətsiz müdafiə və təhlükəsizlik orqanlarının olması ölkənin gələcəyi üçün böyük təhlükələr yarada bilər”.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Müdafiə Nazirliyində aparılan son yoxlama da bunu göstərdi:

“44 günlük müharibədə qazandığımız qələbəni Müdafiə Nazirliyində xımır-xımır yeyiblər. Bu, hələ alt qurumda həyata keçirilən yoxlama idi. Yuxarı qurumlarda bunun həcmi yəqin yüz milyonlarladır! Digər tərəfdən, “Tərtər işi” ilə bağlı bu gün baş verənləri götürək. Tərtər hadisələrində yüzlərlə insan faciə yaşayandan sonra bu gün işə yenidən baxılması nəyi dəyişəcək?! Bu, həmin insanların həyatını yenidən bərpa edə biləcəkmi? Yox! Ona görə də biz indidən bu məsələlər barədə düşünməliyik. Müdafiə və təhlükəsizlik qurumlarında parlament nəzarəti barədə düşünməliyik. Müdafiə Nazirliyində yeyilən pullarla Mədəniyyət Nazirliyində yeyilən pulları eyniləşdirmək olmaz. Bu, hansısa şəhidin, qazinin qanı bahasına yeyilən puldur. Biz onların qarşısında sabah cavab verə bilmək üçün məsuliyyət daşıyanları məhkəmə prosesinə cəlb etməliyik”.

Xəbər 3033 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.10.2025  12:20 

Durovu qonşusu zəhərləyib?

01.10.2025  12:12 

Fantastik qiymətə kəmər...-FOTO


BÜTÜN XƏBƏRLƏR +