Xərclər artır - Vətəndaşları nə gözləyir?
Bu avtobuslara qiymət artımı şamil edilməyəcək
Rafiq Məmmədhəsənov təltif edildi - Sərəncam
Sabah axşam bəzi yerlərdə yağış yağacaq
Sumqayıt şəhərində avtobus yanıb
“Qiymət artımı ilə bağlı açıqlama vətəndaşları narazı salır”
Prezident: “Dərhal vurmayacağıq”
Ukrayna Rusiyanın Mi-28 helikopterini vurdu
Deputat Anım Gününü səhv saldı, xalqı təbrik etdi
Azərbaycanlıların kəndləri su altında qaldı


25.07.2019  14:45 

Azərbaycan XİN-dən viza açıqlaması





A+  A-

“Xalqlarımız arasında ortaq etnik-mədəni, tarixi köklərə, qardaşlıq və dostluq, həmrəyliyə söykənən Azərbaycan və Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq ən yüksək səviyyədədir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Türkiyə vətəndaşları üçün viza tələbinin ləğv edilməsi ilə bağlı açıqlamasında qeyd olunub.

Qeyd olunub ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf etməkdədir:

“Hərtərəfli inkişaf edən Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı ölkələrimiz arasında viza sahəsində əməkdaşlığın dəyərləndirilməsini və xalqlarımızın sərbəst gediş-gəlişinin təmin edilməsi zərurətini şərtləndirir. Bu baxımdan, Azərbaycan Respublikasına 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-u il tarixindən etibarən viza tələbi ləğv edilir”.

Məlumatda bildirilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb:

“Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir.
Türkiyə Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan vətəndaşları viza tələbindən azad edilmişdi.

Viza tələbinin ləğvi qərarı Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin yüksələn xətlə inkişafına növbəti əsaslı töhfə olacaq”.

Xəbər 3903 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür


BÜTÜN XƏBƏRLƏR +