Təyyarə qəzası, ölənlər var -FOTO
ABŞ-da vəziyyət pisləşəcək -TRAMP
Deputatın meyiti TAPILDI
Türkiyə ilə ABŞ arasında bir çox sənədlər İMZALANIB
Trampdan Ərdoğanla görüşü barədə MARAQLI AÇIQLAMA
Prezident: Xəzər dənizi sürətlə kiçilir - “Vəziyyət pisdir”
Sabiq MTN polkovniki saxlanılıb -FOTO
Prezident BMT-də çıxış etdi - VİDEO
Netanyahunun təyyarəsi yoxa çıxdı
Lukaşenkodan Paşinyana təklif...


02.04.2019  10:32 

Övladının xarici dildə oxumasını istəyən valideynlərin nəzərinə





A+  A-

Aprelin 1-dən 2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı Müsahibə komissiyaları fəaliyyətə başlayıb.
XəzərNews.az-a daxil olan məlumata görə, müsahibə komissiyaları paytaxtın 12 inzibati rayonu üzrə 9 mərkəzdə fəaliyyət göstərir. Belə ki, 1 saylı mərkəz 3 nömrəli, 2 saylı mərkəz 12 nömrəli, 3 saylı mərkəz 168 nömrəli, 4 saylı mərkəz 139 nömrəli, 5 saylı mərkəz 72 nömrəli, 6 saylı mərkəz 189-190 nömrəli, 7 saylı mərkəz 95 nömrəli, 8 saylı mərkəz 117 nömrəli, 9 saylı mərkəz 53 nömrəli tam orta məktəblərdə saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Müsahibə komissiyalarının tərkibi 3 nəfər müəllimdən ibarətdir. Komissiyaların fəaliyyətinə ümumi rəhbərlik mərkəz rəhbəri tərəfindən həyata keçirilir.

Digər dildə tədris aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi dedikdə, uşağın dinlədiyini anlaması, ünsiyyət qurması və öz fikrini sadə formada ifadə etməsi nəzərdə tutulur.

Uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədən uğur qazandıqdan sonra valideyn şəxsi kabinetinə daxil olub məktəb və müəllim seçimi edə bilər. Məktəb seçimi 01.05.2019-cu il tarixdən etibarən ümumi qaydada həyata keçirilir.
Hər bir valideyn övladını yalnız bir dəfə müsahibəyə yazdıra bilər və hər bir uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədə yalnız bir dəfə iştirak edə bilər.

Hər uşaq üzrə müsahibənin vaxtı maksimum 7 dəqiqə müəyyənləşdirilib. Müsahibə prosesi zamanı videoçəkiliş aparılır, həmçinin müsahibədə uşağın valideynlərinin və ya qanuni nümayəndələrinin iştirakına şərait yaradılır.

Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqda məlumat günün sonunda SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndərilir.

Xəbər 3140 dəfə oxunub.




26.09.2025  00:49 

Tovuzda ev YANIB

26.09.2025  00:37 

Deputatın meyiti TAPILDI

25.09.2025  18:42 

Cəlilabadda yanğın baş verib

25.09.2025  18:38 

Lukaşenkodan Paşinyana təklif...

25.09.2025  12:38 

Danışan və SUSAN vicdan...


BÜTÜN XƏBƏRLƏR +