Bu avtobuslara qiymət artımı şamil edilməyəcək
Rafiq Məmmədhəsənov təltif edildi - Sərəncam
Sabah axşam bəzi yerlərdə yağış yağacaq
Sumqayıt şəhərində avtobus yanıb
“Qiymət artımı ilə bağlı açıqlama vətəndaşları narazı salır”
Prezident: “Dərhal vurmayacağıq”
Ukrayna Rusiyanın Mi-28 helikopterini vurdu
Deputat Anım Gününü səhv saldı, xalqı təbrik etdi
Azərbaycanlıların kəndləri su altında qaldı
Stəkana tüpürüb müştərilərə çay süzdü - Şəkidə


22.01.2019  13:19 

İlham Əliyev Davosda görüşlər keçirir





A+  A-

Yanvarın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda “Visa” şirkətinin prezidenti Rayan MakInerni ilə görüşüb.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, görüşdə Rayan Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin İlham Əliyev ilə görüşmək olduğunu vurğulayıb. Rayan Maklnerni nağdsız ödənişlərin inkişafı üçün Azərbaycanda tətbiq edilən vergi güzəştlərinin və digər təşəbbüslərin çox faydalı olacağını qeyd edib, bunun başqa ölkələr üçün də nümunə olduğunu deyib.

İlham Əliyev elektron ödənişlərin inkişafının ölkə üçün əhəmiyyətli məsələlərdən biri olduğunu və bu məqsədlə geniş islahatların aparıldığını, bu islahatların artıq nəticələr verdiyini, o cümlədən bunun beynəlxalq reytinqlərdə, məsələn, “Doing Business 2019” hesabatında əks olunduğunu, Azərbaycanın bu hesabatda 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yerə yüksəldiyini bildirdi. Dövlətimizin başçısı əməkdaşlıq səylərinin daha da gücləndirilməsinin önəmini ifadə edib.

***

İlham Əliyevin həmçinin, BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə də görüşü olub.

Görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, “Azəri-Çıraq-Günəşli”, “Şəfəq”, “Asiman”, “Abşeron” və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

***

Bundan başqa, İlham Əliyev Davosda “CISCO” şirkətinin vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə də görüşüb.

Xəbər 3130 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür


BÜTÜN XƏBƏRLƏR +