“Son vaxtlar Aİ ilə müsbətə doğru addımlar atılır” - Prezident
İlham Əliyev İtaliya prezidenti ilə görüşdü
Külək güclənəcək... - Narıncı xəbərdarlıq
Polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi - Sərəncam
Bəhruz Əhmədova “ədliyyə general-mayoru“ rütbəsi verildi
Amerika tərəfi ilə müzakirə olunur - Zelenski
Azərbaycanla bağlı dezinformasiya yayan türk saxlanıldı
Gəldi dedi ki, ailəmi sənə tapşırıram - Tahir İmanov
Azərbaycanlı iş adamı 250 milyonluq dələduzluqda ittiham olunur
Oktyabrın ilk günü: Yağış yağacaq


08.11.2017  11:38 

Cəbhədə şiddətli atışma oldu





A+  A-

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub.
Azərbaycan Müdafiə Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Acarlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xəbər 3069 dəfə oxunub.




30.09.2025  12:13 

Milli Məclis bəyanat qəbul edib

30.09.2025  10:29 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +