Bu avtobuslara qiymət artımı şamil edilməyəcək
Rafiq Məmmədhəsənov təltif edildi - Sərəncam
Sabah axşam bəzi yerlərdə yağış yağacaq
Sumqayıt şəhərində avtobus yanıb
“Qiymət artımı ilə bağlı açıqlama vətəndaşları narazı salır”
Prezident: “Dərhal vurmayacağıq”
Ukrayna Rusiyanın Mi-28 helikopterini vurdu
Deputat Anım Gününü səhv saldı, xalqı təbrik etdi
Azərbaycanlıların kəndləri su altında qaldı
Stəkana tüpürüb müştərilərə çay süzdü - Şəkidə


24.06.2017  21:37 

Ailəbaşına 250 manat yığılır - “Azərsu”nun xəbəri varmı?





A+  A-

Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozundakı yol bir həftədir ki, keçilməz olub.
XəzərNews.az-ın xəbərinə görə, Şikayətçilər “Qafqazinfo” bildiriblər ki, sakinlər arasında “məscidə çatmamış sağa dönən yol” kimi tanınan ərazi 1 həftədir sökülüb və hazırda nə iş görüləcəyi məlum deyil. Məlumata görə, 2-3 nəfər işçi bir traktorla gəlib və 50 metr borunu küçəyə qoyaraq yolu kəsib.

Onların sözlərinə görə, küçədə qazıntı aparılarkən sakinlərə su xətti çəkiləcəyi vəd edilib. Lakin sonra həmin şəxslər bir-bir qapıları döyərək hər evdən 250 manat pul tələb etməyə başlayıblar. Həmin şəxslərin hansı qurumdan olması və işə kimin rəhbərlik etdiyi məlum deyil.

Sakinlər deyir ki, suyun hansı layihə və standartlara uyğun çəkildiyi də bəlli deyil: “Bu işi görən bir neçə işbaz “özümüz qazmışıq ki, camaat həvəslənib pul versin” deyirlər. Sakinlər buna etiraz edəndən isə “gedin hara istəyirsinizsə şikayət edin” söyləyirlər. Bir neçə adamın kefinə görə hərəkət etməsi insanları əziyyətə salıb. Bir həftədir küçədə hərəkət etmək olmur. Aidiyyatı qurumlardan bu məsələyə müdaxilə edib aydınlaşdırmağı xahiş edirik”.

Sakinlər həm də onu vurğulayır ki, ümumiyyətlə həmin ərazidəki mərkəzi su xəttində su yoxdur.

Qeyri-iş günü olduğu üçün rəsmi qurumlardan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Xəbər 2839 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür


BÜTÜN XƏBƏRLƏR +