Azərbaycanın iqtisadi “liderliyi”: Şişirdilmiş illüziyalar
Kommunikasiyaların vacibliyini bir daha təsdiqlədik - Paşinyan
“Gənclik Moll“da həyacan siqnalı -VİDEO
“Oliqarx Baku” – Müştəri sağlamlığı üçün açıq risk məkanı
İntim videolar çəkən FHN polkovniki azadlıq üçün darıxır
Məktəblərdə pul yığılması halları var - Nazirdən etiraf
Prezidentlər ABŞ-də xatirə fotosu çəkdirdi
Rusiyada azərbaycanlı iş adamının başı dərddə
Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video


13.06.2017  14:22 

Deputatlar da “kommunal pulu”ndan narazıdırlar





A+  A-

Mənzil Məcəlləsinə mühüm dəyişikliklər təklif edilir.
XəzərNews.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycanda mənzillərin idarə olunması ilə vahid təcrübə yoxdur: “Çox vaxt tikinti şirkətlərindən və kooperativlərdən asılı vəziyyət yaranır. İndi isə Məcəlləyə 141-1- ci maddə əlavə edilir. Bu da da çoxmənzilli binanın idarə edilməsi ilə bağlıdır. Belə ki, bu Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Kooperativ binanın tikintisi və ya yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan bütün yaşayış və qeyr-yaşayış sahələrinə mülkiyyət hüququ bu Məcəllə, Mülki Məcəllə və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 6 ay ərzində mənzil tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir”.

Layihənin müzakirəsində çıxış edən deputat Zahid Oruc qeyd edib ki, bizlər öz mənzillərimizdə sanki kirayə kimi qalırıq: “Hətta 150-200 manat məbləğində pullar tələb edilir. Başa düşürük ki, blokun, təmizliyindən, liftin təmirindən də danışmaq olar. Bir də 10 ildən sonra binanın zahiri görkəmini dəyişdirmək olar. Ancaq məbləğdə vahid tarif yoxdur. Hesab edirəm ki, maliyyə məsuliyyətindən tutmuş idarəçiliyə qədər yeni qanun layihəsinə ehtiyac var”.

Millət vəkili Çingiz Qənizadə da deyib ki. qanuna təkklif edilən dəyişikliklər olduqca mühüm dəyişikliklərdir: “Çünki bəzən mənzilin kvadratına 1 manat 50 qəpiyə qədər pul alırlar”.

Xəbər 3505 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +