Oktyabrın ilk günü: Yağış yağacaq
Nazir qalmaqallı prorektoru işdən çıxardı
Rövşən Nəcəf baş məşqçi Ayxan Abbasovla görüşüb
Cabir İmanovla vida mərasimi keçirilir
Milli Məclis bəyanat qəbul edib
Ruslar Sumıda 4 sakini PUA ilə qətlə yetirib
Azərbaycan nefti ucuzlaşıb
İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb


07.05.2017  10:39 

“İki günə 520-dən çox sürücü cərimələnib...”





A+  A-

Bakı yollarında "IV İslam Həmrəyliyi Oyunları" üçün ayrılmış xüsusi zolağa girən digər avtomobillərin sürücüləri ötən gündən etibarən cərimə olunurlar.
XəzərNews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, qaydalara görə müvəqqəti olaraq bu zolaqda yalnız operativ nəqliyyat vasitələri və xüsusi icazəsi olan avtomobillər hərəkət edə bilər. Hətta bunu qadağan edən nişanlar da zolaq boyu bir neçə yerdə qoyulub. Amma görünən odur ki, bəzi sürücülər həmin zolağa girərək kobud qayda pozuntusuna yol verirlər.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirir ki, 24 saat təhlükəsiz şəhər kameraları vasitəsi ilə zolaqlar olan yola nəzarət edilir. Hansı sürücü daxil olursa dərhal həmin sürücü barəsində elektron protokol tərtib edilir:

"Artıq 520-dən çox sürücü cərimələnib".

Çəkiliş zamanı da şahid olduq ki, bir çox sürücü səbirsizlik edib oyunlar zolağına daxil olurlar.
Sürücü bu qaydanı eyni gündə neçə dəfə pozarsa o qədər cərimə ediləcək. Cərimənin məbləği isə 40 manatdır. Oyunlar zolağına qanunsuz şəkildə girən sürücülərin cərimələnməsi isə mayın 25-ə kimi davam edəcək.


Xəbər 2774 dəfə oxunub.




30.09.2025  12:13 

Milli Məclis bəyanat qəbul edib

30.09.2025  10:29 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +