Bu avtobuslara qiymət artımı şamil edilməyəcək
Rafiq Məmmədhəsənov təltif edildi - Sərəncam
Sabah axşam bəzi yerlərdə yağış yağacaq
Sumqayıt şəhərində avtobus yanıb
“Qiymət artımı ilə bağlı açıqlama vətəndaşları narazı salır”
Prezident: “Dərhal vurmayacağıq”
Ukrayna Rusiyanın Mi-28 helikopterini vurdu
Deputat Anım Gününü səhv saldı, xalqı təbrik etdi
Azərbaycanlıların kəndləri su altında qaldı
Stəkana tüpürüb müştərilərə çay süzdü - Şəkidə


09.04.2017  19:21 

2 manatlıq bileti turistlərə 8 manata satırlar...





A+  A-

Qız Qalası Bakının ən möhtəşəm memarlıq abidələrindən biridir. Azərbaycana gələn turistlər ilk növbədə "İçərişəhər memarlıq" qoruğunu və Qız Qalasını ziyarət edirlər.
XəzərNews.az musavat.com-a istinadən xəbər verir ki, istər Novruz bayramı ərəfəsində, istərsə də bu günlərdə Qız Qalasının ətrafı turistlərlə boldur. Hər kəs buraya gəlib, qalanı ziyarət edir, xatirə fotosu çəkdirir və tariximiz haqqına məlumat əldə edirlər.

Son günlər isə saytın redaksiyasına çoxsaylı şikayətlər daxil olub. Şikayətlərdə deyilir ki, Qız Qalasına giriş üçün normalda 2 manata satılan biletləri turistlərə 8 manata satırlar. Bilet haqqında sorğu-sual edəndə isə qiyməti aşağı salırlar.

Belə bir halın yaşanması ölkəmiz üçün ayıb sayılır. Onsuz da turist üzünə həsrət bir ölkəyik. Sadəcə son 1 il ərzində ölkəmizə əvvəlki illərdən daha çox turist gəlib. Onları da bu şəkildə qarşılamaq, bunu fürsətə çevirib, haqsız pul qazanmaq yaxşı bir hal deyil.

Məsələnin məğzini öyrənmək üçün Qız Qalasına yola düşdük. Ətrafda müxtəlif ölkələrdən, əsasən də Ərəb ölkələrindən olan turistlərlə dolu idi. Onların yanından keçib, kassaya yollandıq. Kassir xanımdan bilet qiymətlərini soruşduq. Öyrəndik ki, böyüklər üçün biletin qiyməti 2 manat, uşaqlar üçün isə 60 qəpikdir.

"Bəs, turistlər üçün biletin qiyməti neçəyədir" sualını isə kassir xanım belə cavab verdi: "Xarici ölkə vətəndaşları üçün 8 manatdır. Qayda belədir".

Bu sözləri deyən zaman kassir narahat idi. Çiynimizdə olan fotoaparatı görüb, "Onu söndürün. Çəkmir ki? Olmaz çəkmək" deyirdi. O qədər tədirgin davranırdı ki, aparatın qapağının bağlı olduğunu belə görmürdü.

"İcazənizlə qiymət yazılan vərəqin fotosunu çəkək" deyən zaman isə, "Yox, olmaz. sonra aparıb internetə qoyacaqsınız" dedi. Maraqlıdır, əgər qayda belədirsə, qiymət həqiqətən 8 manatdırsa, kassir xanım niyə bunu gizlətməyə çalışırdı? Əgər belə bir qayda varsa, niyə bu günə qədər heç kim bu barədə məlumat verməyib?

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticə vermədi. İdarədə dəstəyi götürən olmadı.

Xəbər 4093 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür


BÜTÜN XƏBƏRLƏR +