III MDB Oyunlarına bu gün start veriləcək
Təyyarə qəzası, ölənlər var -FOTO
ABŞ-da vəziyyət pisləşəcək -TRAMP
Deputatın meyiti TAPILDI
Türkiyə ilə ABŞ arasında bir çox sənədlər İMZALANIB
Trampdan Ərdoğanla görüşü barədə MARAQLI AÇIQLAMA
Prezident: Xəzər dənizi sürətlə kiçilir - “Vəziyyət pisdir”
Sabiq MTN polkovniki saxlanılıb -FOTO
Prezident BMT-də çıxış etdi - VİDEO
Netanyahunun təyyarəsi yoxa çıxdı


24.09.2025  13:21 

Ukrayna Rusiya neft emalı zavodunu vurdu





A+  A-

Sentyabrın 24-nə keçən gecə Rusiyanın Başqırdıstan bölgəsində yerləşən “Qazprom Neftekhim Salavat” zavodu pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı rayon rəhbəri Radiy Xabirov Telegram kanalında təsdiqləyib.

Onun sözlərinə görə, müəssisəyə ciddi ziyan dəyib:

“Qazprom Neftekhim Salavat” pilotsuz uçan aparatlarla növbəti terror aktına məruz qalıb. Dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Hadisə yerində bütün fövqəladə xidmətlər işləyir, yanğının söndürülməsi üçün tədbirlər görülür”.

Ukrayna Təhlükəsizlik Xidmətindəki (SBU) mənbələr “GORDON” nəşrinə bildirib ki, bu hücum son yeddi gün ərzində Başqırdıstana ikinci dəfə təşkil olunub.

SBU-nun “A” Xüsusi Əməliyyat Mərkəzinin idarə etdiyi PUA-ların hədəfi Rusiya Federasiyasının ən böyük neft emalı və neft-kimya zavodlarından biri olan “Qazprom Neftekhim Salavat” olub. Zavodda 150-dən çox məhsul istehsal edilir – motor benzini, dizel yanacağı, mazut və digər yanacaq növləri.

Mənbələrə görə, hücum zamanı bir neçə PUA zavodun ərazisinə endirilib və nəticədə yanğın baş verib. Zavodun Ukraynadan təqribən 1400 km məsafədə yerləşdiyi vurğulanıb.

“SBU dövlətimizə qarşı müharibəni maliyyələşdirən obyektlərə məqsədyönlü dərin zərbələr endirməkdə davam edir. Rusiya neftayırma zavodlarında hücum tam sürətlə davam edir. Yanacaqdoldurma məntəqəsi ölkəsi nəhayət başa düşməlidir ki, Ukraynaya qarşı təcavüz ona çox baha başa gəlir”, - deyə məlumatda qeyd olunur.

Xəbər 2506 dəfə oxunub.




26.09.2025  00:49 

Tovuzda ev YANIB

26.09.2025  00:37 

Deputatın meyiti TAPILDI

25.09.2025  18:42 

Cəlilabadda yanğın baş verib

25.09.2025  18:38 

Lukaşenkodan Paşinyana təklif...


BÜTÜN XƏBƏRLƏR +