Təyyarə qəzası, ölənlər var -FOTO
ABŞ-da vəziyyət pisləşəcək -TRAMP
Deputatın meyiti TAPILDI
Türkiyə ilə ABŞ arasında bir çox sənədlər İMZALANIB
Trampdan Ərdoğanla görüşü barədə MARAQLI AÇIQLAMA
Prezident: Xəzər dənizi sürətlə kiçilir - “Vəziyyət pisdir”
Sabiq MTN polkovniki saxlanılıb -FOTO
Prezident BMT-də çıxış etdi - VİDEO
Netanyahunun təyyarəsi yoxa çıxdı
Lukaşenkodan Paşinyana təklif...


17.09.2025  18:14 

Kreml heç bir təbliğatçını xilas etməyi düşünmür... - Simonyanın aqibəti





A+  A-

Ukraynalı pediatr Yevgeni Komarovski “QORDON” nəşrinin baş redaktoru Olesya Batsmana müsahibəsində Rusiya təbliğatçısı, Vladimir Putinin yaxın müttəfiqi Marqarita Simonyanın xəstəliyi barədə danışıb.

XəzərNews.az xəbər verir ki, Batsman söhbət zamanı qeyd edib ki, Simonyan ciddi onkoloji xəstəliklə üzləşib və vəziyyətin necə nəticələnəcəyi – əməliyyat, sağalma və ya ölüm – hələ də məlum deyil. Onun sözlərinə görə, Simonyanın həyat yoldaşı, başqa bir tanınmış təbliğatçı isə doqquz aydır komadadır və həkimlərin dediyinə görə, onun yaşama şansı yoxdur.

Komarovski bu məsələyə tibbi yanaşaraq bildirib ki, Kreml heç bir təbliğatçını xilas etməyi düşünmür, çünki onlar asanlıqla yeniləri ilə əvəz oluna bilirlər.

“Mənim üçün bu, sırf tibbi baxışdır. Simonyanın dedikləri və onun xəstəliyi – bunlar mənim üçün tamam başqa mövzulardır. Mən əminəm ki, insan bilərəkdən pislik edirsə və özü də axmaq deyilsə, bu, ciddi stress yaradır. Stress kortizolun artmasına, təzyiq və digər xəstəlik risklərinin yüksəlməsinə gətirib çıxarır. Amma əsas məsələ budur ki, Kremlin gözündə bu insanların heç bir dəyəri yoxdur”, – deyə həkim vurğulayıb.

Komarovski həmçinin qeyd edib ki, Simonyana yalnız “ağzını açıb nəsə demək” etibar olunub.

“Onları əvəz etmək çox asandır. Hətta yeni gələn təbliğatçının reytinqi daha yüksək ola bilər. Hakimiyyət sevgisindən danışan bu insanların qarşılıqlı sevgidən zövq aldıqlarını düşünmək böyük səhvdir”, – o əlavə edib.



Həkim Rusiya Federasiyasındakı bütün təbliğatçılara da müraciət edərək xəbərdarlıq edib:

“Heç kim sizi çarter reysi ilə Əmirliklərə aparmayacaq ki, orada əməliyyat olunasınız. Siz Kreml xəstəxanasında əməliyyat olunacaqsınız”.

Xatırladaq ki, Marqarita Simonyana sentyabrın 8-də xərçəng diaqnozu qoyulduğu barədə “Moscow Times” yaxın mənbələrə istinadən məlumat yayıb. Onun həyat yoldaşı Tigran Keosayan 2025-ci ilin yanvarından komadadır.



Xəbər 3807 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.09.2025  00:49 

Tovuzda ev YANIB

26.09.2025  00:37 

Deputatın meyiti TAPILDI

25.09.2025  18:42 

Cəlilabadda yanğın baş verib

25.09.2025  18:38 

Lukaşenkodan Paşinyana təklif...

25.09.2025  12:38 

Danışan və SUSAN vicdan...


BÜTÜN XƏBƏRLƏR +