Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq
Sahibkarlar etiraza qalxdı... - Monopoliya yaradılır?
Nəsimi Nəbizadə müalicə aldığı “Qurtuluş”dan qaçıb?
Meyiti 20 il soyuducuda saxladı, həbs olundu
Zelenski Trampdan görüş zamanı nə istəyib?
Qan dayanana qədər mübarizə aparacağıq - Ərdoğan
Generaldan jurnalistə sərt cavab -“Siz kimsiniz ki, mənə zəng etmisiniz?“


29.07.2025  16:44 

“Aeroflot“dan sonra hakerlər Rusiyanın iki iri aptek şəbəkəsini çökürtdü





A+  A-

Moskvada və regionlarda "Neofarm" holdinqinə daxil olan apteklər – yəni "Neofarm" və "Stoliçki" şəbəkələrinin fəaliyyəti dayandırılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumat şirkətlərin rəsmi saytlarında yerləşdirilib.

Mərkəzi Rusiyanın 80 şəhərində 1000-dən çox aptekə sahib olan "Stoliçki" şəbəkəsinin verdiyi açıqlamaya görə, hazırda dərmanların bronlaşdırılması və "sədaqət proqramı" üzrə məlumatlara baxış mümkün deyil. Şirkət yaranmış narahatlığa görə üzr istəyərək qeyd edib ki, əlçatan olmayan funksiyalar yaxın zamanda bərpa olunacaq.

"Mash” kanalının məlumatına görə, "Stoliçki" aptekləri Moskvada kiberhücum səbəbilə bağlanıb – kassa sistemləri və uçot proqramları işləmir, əməkdaşlar isə məzuniyyətə göndərilib. Kanal yazır ki, problemin bir-iki gün ərzində aradan qaldırılması planlaşdırılır. "Stoliçki" nümayəndələri isə apteklərin "texniki səbəblər” ucbatından işləmədiyini bildiriblər.

"Shot” kanalı da apteklərin bağlanmasına səbəb kimi haker hücumunu göstərib və şirkət nümayəndələrinə istinadən qeyd edib ki, hazırda şəbəkədə "tənzimləyici işlər” aparılır. "Stoliçki" aptekləri əsasən Moskva, Moskva ətrafı, Sankt-Peterburq, Leninqrad vilayəti, Tula, Kostroma və Vladimir şəhərlərində yerləşir.

Eyni məzmunlu məlumat "Neofarm" aptek şəbəkəsinin saytında da yerləşdirilib. Readovka kanalının mənbəsinin məlumatına görə, bu şəbəkənin aptekləri də Moskvada avadanlıqlara edilən haker hücumu səbəbilə fəaliyyətini dayandırıb. Kanalın iddiasına əsasən, işçilər bir gün əvvəlcədən məzuniyyətə buraxılıb. "Neofarm"ın Moskva, Moskva vilayəti və Sankt-Peterburqda 110-dan çox aptekə sahib olduğu bildirilir.

2022-ci ilin iyul ayına qədər hər iki aptek şəbəkəsinin (99,99% payla) sahibi Rusiya Dövlət Dumasının Səhiyyə Komitəsi sədr müavini Yevgeni Nifantyev olub. O, Ukraynaya müdaxilə ilə əlaqədar beynəlxalq sanksiyalara məruz qalıb. Daha sonra bu aktivlər "Zdravinvest” adlı Qapalı Payçı İnvestisiya Fonduna (ZPİF) ötürülüb. DSM Group analitik şirkətinin baş direktoru Sergey Şulyakın fikrincə, bu, həmin aktivləri ikinci dərəcəli sanksiyalardan qorumaq üçün istifadə edilən vasitədir.

Qeyd edək ki, bir gün əvvəl "Kiberpartizanlar” və "Silent Crow” qruplarına bağlı hakerlər "Aeroflot”un sistemlərinə genişmiqyaslı hücum təşkil ediblər – nəticədə şirkətin 7000 serveri sıradan çıxarılıb və Moskvadakı hava limanlarında növbəti çöküş yaşanıb.

Rusiya Baş Prokurorluğu, ölkənin ən böyük hava daşıyıcısının sistemindəki nasazlığın haker hücumu ilə əlaqədar olduğunu təsdiqləyib və kompüter məlumatlarına qanunsuz girişlə bağlı cinayət işi (Rusiya CM-nin 272-ci maddəsi) başladıldığını açıqlayıb. "Kiberpartizanlar” iddia edirlər ki, "Aeroflot” sistemi köhnəlmiş Windows XP ilə işləyirdi və şirkətin baş direktoru Sergey Aleksandrovski 2022-ci ildən bəri şifrəni dəyişməmişdi.


Xəbər 788 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +