“ADY Əmlak“ MMC-nin direktoru vəzifəsindən azad edilib
Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu


10.01.2024  01:44 

Lloyd Ostinə prostat xərçəngi diaqnozu qoyulub





A+  A-

2023-cü ilin dekabrında mütəxəssislər ABŞ-ın müdafiə naziri Lloyd Ostinə prostat xərçəngi diaqnozu qoydular. O, əməliyyat olunub, yanvarın əvvəlində isə ağırlaşmalara görə xəstəxanaya yerləşdirilib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Merilend ştatındakı Uolter Rid Tibb Mərkəzinin açıqlamasında bildirilir.

Sənədə əsasən, 2023-cü il dekabrın əvvəlində keçirilən müntəzəm müayinə zamanı Ostinə “müalicə tələb edən prostat xərçəngi” diaqnozu qoyulub. Bununla əlaqədar dekabrın 22-də o, “minimal invaziv” cərrahi əməliyyat keçirib.

Sənəddə deyilir ki, 2024-cü il yanvarın 1-də Ostin dekabrın 22-də prosedurdan irəli gələn fəsadlar səbəbindən Uolter Rid Tibb Mərkəzinə yerləşdirilib.

Mütəxəssislər Ostində "tam sağalma" gözlədiklərini, lakin bunun "uzun proses ola biləcəyini" qeyd ediblər.

Xəbər 2686 dəfə oxunub.



11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +