“Formula 1“də birinci sərbəst yürüş dayandırılıb
Ölkəni kimlərsə xaosa aparır... - Aslan İsmayılovdan sensasion yazı
Milli Məclisdə referendum müzakirəsi... - Yeni çağırışlar meydana çıxır
İrandan Azərbaycana 16 kq narkotika keçirmək istədilər
Məktəb direktoru ilə bağlı araşdırma başlanıldı
Rusiyanı yalnız Çin dayandıra bilər - Tramp
Trampın mövqeyi Rusiyada eşidilmir - Zelenski
Bu proses hansı məhsulların qiymətini artıra bilər?
Mən Putinin alovlu döyüşçüsüyəm! - Kadırov
“Formula-1“ başlayır - Bakıda


17.09.2025  15:28 

Şair-publisist Ədalət Salmanın şəhid kapitana həsr etdiyi poemanın təqdimatı oldu - Foto





A+  A-

Müdafiə Nazirliyinin Ordu İdeoloji və Mədəniyyət Mərkəzində tanınmış şair-publisist Ədalət Salmanın Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevə həsr etdiyi poemanın təqdimat mərasimi keçirilib.

XəzərNews.az xəbər verir ki, təqdimatda şəhid ailələri, veteranlar, Müdafiə Nazirliyinin, İctimai birliklərin və yaradıcı təşkilatların nümayəndələri iştirak ediblər.

Öncə Dövlət himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Mərasimdə Müdafiə Nazirliyinin şöbə müdiri Zümrüd Səmədova, həmin kitaba dəyərli və geniş ön söz yazmış Respublika Veteranlar Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov, XTQ qazisi "Qarabağ" ordenli Famil Fərəcov, Cəlilabad rayon İcra Hakimiyyətinin "Şəhid ailələri və Vətən Müharibəsi veteranları ilə işin təşkili" şöbəsinin müdiri Füzulu Cəfərov, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filara İsmayılova, XTQ- nin qazi və şəhid ailələri İctimai birliyinin sədri Bəhruz Məmmədzadə və başqaları çıxış edərək Vətən Müharibəsində qazandığımız zəfərdən, şəhid kapitan Rəşad Abdullayevin şərəfli döyüş yolundan danışıb, qəhrəmana həsr olunmuş əsərin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində müstəsna rol oynayacağını xüsusi vurğulayıblar.

Kitabın müəllifi, AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman 44 günlük Zəfər yürüşümüzün 5 illiyi ərəfəsində qələmə aldığı "Murovun Aslanı" poeması üzərində yaradıcılq prosesi barədə danışıb, kitabın nəşrində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib.

Ölməz qəhrəman Rəşad Abdullayevin valideynləri Arif və Sevil Abdullayevlər, həyat yoldaşı Gülnar xanım xatirələrini bölüşüblər və təqdimat mərasiminə gələnlərə öz minnətdarlıqlarını bildiriblər.

Sonda vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim olundu.









Xəbər 3125 dəfə oxunub.




18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb


BÜTÜN XƏBƏRLƏR +