Leysan yağışları Astarada fəsadlar yaratdı
SOCAR 450-500 milyon dollar ziyana düşüb?
Türkiyənin bəzi media subyektləri...- TƏHLİL
Cəlilabadda ət dükanında pozuntu aşkarlanıb
Daşıyıcılar üçün yeni cərimələr gəlir
Adnan Əhmədzadənin vəkili danışdı
Rusiyada “Mister Sidr” faciəsi: Azərbaycanlı və erməninin “birgə işi”
Anar Rzayev nəyi yenilik kimi təqdim edir?
Ödənişli yollar bu ərazilərdə tətbiq olunacaq - Açıqlama
Zelenski: “Ukrayna müharibəni yaxşı bitirəcək”


15.09.2025  10:33 

DYP-dən hərəkət iştirakçılarına MÜRACİƏT





A+  A-

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

XəzərNews.az xəbər verir ki, müraciətdə deyilir:

"Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması münasibətilə bütün şagirdləri, tələbələri, müəllimləri və valideynləri təbrik edir, hər kəsə uğurlar arzulayır.

Tədris prosesinin başlanması ilə paytaxtın küçə və prospektlərində nəqliyyatın hərəkəti daha da intensivləşir. Bu, ilk növbədə məktəb və bağça ətrafında, eləcə də ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə özünü göstərir. Belə şəraitdə həm sürücülərin, həm valideynlərin, həm də şagird və tələbələrin qaydalara ciddi əməl etməsi xüsusi əhəmiyyət daşıyır.

Sürücülərdən xahiş olunur ki, zəruri olmadıqda şəxsi avtomobildən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər, dayanma-durma qaydalarını pozmasınlar və təhsil müəssisələrinin yaxınlığında sürəti azaldaraq daha diqqətli olsunlar.

Valideynlər uşaqları məktəbə gətirərkən kortej şəklində hərəkət etməməli, imkan daxilində eyni nəqliyyat vasitəsindən bir neçə şagirdin daşınması üçün istifadə etməli, avtomobilləri yalnız icazə verilən yerlərdə saxlamalıdırlar. Uşaqların avtomobildən düşməsi zamanı onların mütləq səkiyə yaxın qapıdan çıxmasına nəzarət edilməlidir.

Piyadalar, o cümlədən şagird və tələbələr, yalnız nişanlanmış piyada keçidlərindən istifadə etməli, qəfil yola çıxmamalı, hərəkət zamanı isə diqqətlərini yayındıran amillərdən uzaq durmalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris prosesinin başlanması münasibətilə bütün təhsil ictimaiyyətini bir daha təbrik edir və xatırladır ki, yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır".

Xəbər 4685 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı

21.09.2025  19:29 

CHP-də yenidən sədr seçilib

21.09.2025  19:06 

Tərtərdə qandonduran HADİSƏ


BÜTÜN XƏBƏRLƏR +