Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


15.08.2025  11:01 

İcra Hakimiyyəti eyni şirkətlə 3 milyonluq anlaşdı





A+  A-

Xaçmaz rayon İcra Hakimiyyəti növbəti tendderini yekunlaşıdırb və nəticələrini açıqlayıb.

Məsələ 2025-ci ildə Xaçmaz rayonunda görüləcək abadlıq işləri ilə bağlıdır.

Həmin məlumata görə, İcra Hakimiyyətinin tenderini “M-HOUSE CONSTRUCTİON” MMC udub. Şirkətlə bu məqsədlə 1 milyon 506 min 272 manatlıq satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, bu tenderin məqsədi Xaçmaz və Xudat şəhərlərində heykəllərin təmiri, işıq dirəklərinin quraşdırılması, parklarda skamiyaların təmir edilməsi daxildir.

Xaçmaz Icra Hakimiyyəti həmin şirkətlə 9 ay öncə də anlaşma əldə edibmiş. Belə ki, 02.11.2024-ci tarixində keçirilmiş tenderin qalibi olan “M-HOUSE CONSTRUCTİON” MMC indiki kimi abadlıq işlərini həyata keçirib. Bunun müqabilində isə 1 milyon 427 min 546 manat pul alıb.

Qısa araşdırma zamanı bəlli olub ki, şirkət 17 mart 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan “M-House Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon, ev 10, mənzil 1-də yerləşir. Şirkətin qanuni təmsilçisi Yunisov Əhliman Xasay oğludur.

“M-House Construction” MMC 2021-ci ildən fəaliyyət göstərsə də, dövlət satınalamları yolu ilə iri məbləğlərdə sifarişlər alıb. Şirkət 2024-2025-ci illərdə 16 satınalma müsabiqəsinin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin toplam maliyyə dəyəri 6 805 913,96 manat təşkil edib.

Xatırladaq ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevdir. O, bu vəzifəyə 2019-cu ildə təyinat alıb./Tribunainfo.az

Xəbər 74 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +