Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək
Ukraynaya ABŞ-dan 1 milyard dollarlıq...
Məni zarafatla Avropanın prezidenti adlandırırlar
Tramp Rusiya-Ukrayna müharibəsinin səbəbini açıqladı
BQXK Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq
Daha bir general vəzifədən GETDİ -FOTO
Zelenski Avropadan ayda 1 milyard dollar gözləyir
Yataqxanada yanğın: 3 nəfər tüstüdən zəhərlənib
“İlham, siz böyük lidersiz” - Trampdan hədiyyə


19.12.2023  05:23 

Şimali Koreya “Xvason-18” qitələrarası ballistik raketini sınaqdan keçirib





A+  A-

Şimali Koreya ABŞ və Cənubi Koreyanın düşmən hərəkətlərinə cavab olaraq “Xvason-18” qitələrarası ballistik raketini sınaqdan keçirib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Raketin 6 518,2 km maksimum uçuş hündürlüyündə 1 002,3 ​​km məsafəni 4 415 saniyəyə qət etdiyi bildirilir.

“Raket dəqiqliklə nəzərdə tutulan akvatoriyaya dəydi”, - nəşr yazıb.

Şimali Koreya lideri Kim Çen In qeyd edib ki, “Xvason-18” qitələrarası ballistik raketinin sınağı ABŞ-ın “səhv qərar” qəbul edəcəyi təqdirdə Şimali Koreyanın nəyə hazır olduğunun göstəricisidir.

Daha əvvəl KXDR-in Müdafiə Nazirliyi bildirib ki, məhz ABŞ Cənubi Koreya ilə təlimlər keçirməklə, həmçinin strateji silahları, o cümlədən bombardmançı təyyarələri və nüvə sualtı qayıqlarını bölgəyə köçürməklə regionda sabitliyi pozur.


Xəbər 2465 dəfə oxunub.



25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +