Ukrayna təhlükəsizlik təminatlarını müzakirə edir - Sibiqa
“Ad günün mübarək!” - Ailə fotolarını paylaşdı
Boksçu gənclərin maaşını mənimsəyirlər?
İmzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir - Baş nazir
Azərbaycan regionda söz sahiblərindən birinə çevrilib - Nazir
Polis yeraltı kazinolar şəbəkəsini aşkarladı
Məcnun Məmmədova ağır ittihamlar
Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb
Sabah Bakıda külək olacaq, yağış yağacaq
Netanyahu xəstəxananın vurulmasını “faciəli hadisə” adlandırıb


16.12.2020  09:46 

İranda prezidentliyə namizədlikdə qaydalar dəyişdi





A+  A-

ABŞ-da daimi yaşayış və iş təmin edən “yaşıl kart” (green card) sahibləri və ikili vətəndaşlar İranda prezidentliyə namizəd ola bilməyəcəklər.
XəzərNews.az xəbər verir ki, bu barədə İran parlamenti tərəfindən qəbul edilən yeni qanun tənzimlənməsində qeyd olunub.

Seçki Qanununda dəyişiklik nəzərdə tutan qanun layihəsi Məclisin Baş Assambleyasında 193 səslə qəbul edilib. Həmçinin namizədlərin minimum 40 yaş şərtinin aradan qaldırılması məsələsi müzakirə edilsə də, müsbət nəticələnməyib.

Qeyd edək ki, mühafizəkarlar İranda bir çox dövlət qurumlarında ikili vətəndaşların işlədiyini iddia edirlər. Bir çox ölkənin əksinə, ikili vətəndaşlıq qəbul etməyən İranın dövlət qurumlarında çalışmasına icazə verilmir. İkili vətəndaşlıq məsələsi də İran Məhkəmə Hakimiyyəti ilə hökumət arasında mübahisələrə də səbəb olmuşdu. Məhkəmə İdarəsi Prezident Həsən Ruhani hökumətində ikili vətəndaşlıqlı yüksək vəzifəli məmurların olduğunu iddia edərkən, Ruhaniyə bağlı Kəşfiyyat Nazirliyi iddialarla bağlı sənədlər istəmişdi.

Xəbər 3232 dəfə oxunub.




26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +