Ukrayna təhlükəsizlik təminatlarını müzakirə edir - Sibiqa
“Ad günün mübarək!” - Ailə fotolarını paylaşdı
Boksçu gənclərin maaşını mənimsəyirlər?
İmzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir - Baş nazir
Azərbaycan regionda söz sahiblərindən birinə çevrilib - Nazir
Polis yeraltı kazinolar şəbəkəsini aşkarladı
Məcnun Məmmədova ağır ittihamlar
Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb
Sabah Bakıda külək olacaq, yağış yağacaq
Netanyahu xəstəxananın vurulmasını “faciəli hadisə” adlandırıb


20.05.2020  11:05 

“Pandemiyaya görə 60 milyon insan yoxsullaşa bilər” - Dünya Bankı





A+  A-

Koronavirus pandemiyası fonunda qlobal iqtisadiyyatın çökməsi dünyada 60 milyona yaxın insanın ifrat yoxsulluq vəziyyətinə düşməsinə səbəb olacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə Dünya Bankının sədri Devid Malpas açıqlama verib. Dünya Bankının tərifinə görə, gündəlik gəliri 1,9 dollar və daha aşağı olan insanlar ifrat yoxsulluq vəziyyətində hesab olunurlar.

Malpass bildirib ki, bank bu il dünya iqtisadiyyatında dərin tənəzzül yaşanacağını proqnozlaşdırır: “Yenidən iqtisadi artıma qayıtmaq üçün məqsədimiz səhiyyə sahəsində fövqəladə hallara cəld və çevik reaksiya vermək, yoxsullara pul və digər yardımları təmin etmək, özəl sektora dəstək vermək və iqtisadi dayanıqlığı gücləndirmək olmalıdır”.

Bank 15 ay ərzində ən həssas ölkələrə 160 milyard dollar dəyərində subsidiya və digər iqtisadi dəstək paketlərinin təşkilində qərarlıdır. Lakin Malpasın sözlərinə görə, bu, böhranın qabağını almağa kifayət etməyəcək. O həm şəxsləri, həm də təşkilat və hökumətləri ianə etməyə çağırıb.

Qeyd edək ki, daha əvvəl beynəlxalq xeyriyyə təşkilatlarından biri olan “Oxfam”ın mütəxəssisləri pandemiya səbəbi ilə 500 milyon insanın yoxsulluq səviyyəsinə düşəcəyini planlaşdırmışdı.

Məmmədsan Həsənov



Xəbər 3640 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +