İmzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir - Baş nazir
Azərbaycan regionda söz sahiblərindən birinə çevrilib - Nazir
Polis yeraltı kazinolar şəbəkəsini aşkarladı
Məcnun Məmmədova ağır ittihamlar
Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb
Sabah Bakıda külək olacaq, yağış yağacaq
Netanyahu xəstəxananın vurulmasını “faciəli hadisə” adlandırıb
Krım pilotsuz təyyarələrin hücumuna məruz qalıb
Kiyevdə rus casusu saxlanıldı
Polis 44 kiloqram narkotik vasitə aşkarlayıb


31.07.2019  08:45 

Piyada gəzməyin FAYDALARI





A+  A-

Müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə oturaq həyat tərzidir.
XəzərNews.az xəbər verir ki, xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək həm sağlamlıq, həm də artıq çəkidən xilas olmaq baxımından çox faydalıdır.

Sürətli və cəld gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin nisbətən azalmasına imkan yaradır. Piyada gəzmək ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur, təmiz havada gəzmək əhvalın xoş olması, stress və gərginliyin aradan qaldırılması üçün əvəzsiz vasitədir.

Gündəlik gəzinti, həmçinin insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir, tənəffüs yollarını açır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir. Hər gün bir neçə saat gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır və bu da xəstəliklərə qarşı mübarizədə ən səmərəli vasitələrdən biri sayılır. Sağlam və dərin yuxu arzusunda olanların axşam gəzintisinə bir saat vaxt ayırması kifayətdir.

Sağlamlıq üçün sürətli yerişə üstünlük vermək lazımdır. Günün hansı saatlarının seçilməsi də əhəmiyyətli məsələdir. Yaşıllıqlar arasında gəzmək oksigenin bol olduğu səhər saatlarında daha münasibdir, çünki ağaclarda fotosintez prosesi məhz həmin vaxt gedir. Dəniz kənarında gəzmək üçün axşam saatları daha ideal vaxtdır, çünki həmin vaxt dənizdən havaya yod ifraz olunur.

Xəbər 3038 dəfə oxunub.




26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +