Yanğının yaranma səbəbləri ilə bağlı araşdırma aparılır
Binəqədi və Nərimanovda işıq olmayacaq
Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək
Ukraynaya ABŞ-dan 1 milyard dollarlıq...
Məni zarafatla Avropanın prezidenti adlandırırlar
Tramp Rusiya-Ukrayna müharibəsinin səbəbini açıqladı
BQXK Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq
Daha bir general vəzifədən GETDİ -FOTO
Xocavənddə yanğın başlayıb


11.06.2017  09:57 

“Azərsu”dan 119 uşağın sudan zəhərlənməsinə MÜNASİBƏT





A+  A-

““Azərsu” ASC-nin baş texnoloqu, İstismar İdarəsinin işçiləri, Sumqayıt Sukanal İdarəsinin əməkdaşları bu gün bütün günü hadisə baş verən ərazidə olublar”.
XəzərNews.az xəbər verir ki, bunu Sumqayıtda 119 uşağın sudan zəhərlənməsi barədə xəbərlərə aydınlıq gətirən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a bildirib. “Əməkdaşlarımız suyun tərkibini yoxlayıblar. Nəticələr normaldır. Suda qeyri-adi heç nə aşkarlanmayıb” - deyə Cəbrayıllı bildirib.

Zəhərlənən uşaqlar krandan su içdikdən sonra bu hala düşdüklərini bildiriblər. Uşaqların valideynləri də zəhərlənmənin sudan baş verdiyi qənaətindədir. Anar Cəbrayıllı “uşaqlardan götürülmüş qan analizlərinin nəticələrindən sonra əsas səbəb bilinəcək”, - deyə bildirib.

Xatırladaq ki, son 3 gündə Bakının Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Novxanı kəndində, həmçinin Sumqayıtın Saray və Ceyranbatan qəsəbələrində yaşayan 2-7 yaşlı 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər zəhərlənməyə səbəb kimi suyu göstəriblər.

Xəbər 2873 dəfə oxunub.




25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +