Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


11.08.2025  19:08 

Masazırda hündürmərtəbəli “qanunsuz tikili...” necə tikilir? - VİDEO





A+  A-

Abşeron rayonu, Masazır qəsəbəsi Yoncalıq ərazisində (OBA marketlə üzbə-üz) həyət evlərinin 3-4 metrliyində və böyük su xəttinin üstündə tikilən çoxmərtəbəli yeni tikili sakinlər arasında narazılıq yardıb.

XəzərNews.az xəbər verir ki, Pozan TV-yə müraciət edən Pərviz Bayramlı qeyd edib ki, aylardır aidiyyatı qurumlara ünvanladıqları şikayətə baxan yoxdur.

Hazırda davam edən tikinti ərazidəki bir çox həyət evləri və hasarlara ziyan burub, divarlarda iri çatlar əmələ gəlib.

P.Bayramlı iddia edir ki, aparılan tikinti işləri qanunsuzdur:

“Heç bir dövlət orqanı şikayətlərimizə baxmır. Başqa vaxt Abşeronda daşı daş üstünə qoyan kimi azı 10 idarədən, polisdən tökülüşüb gəlirlər. Bəs indi niyə həyət evlərinin ortasında və su xəttinin düz üstündə tikilən çoxmərəbəli bina sahibləri ilə bağlı heç bir tədbir görülmür?”

Şikayətçi qeyd edir ki, avqustun 10-dan 11-nə keçən gecə əsən güclü külək nəticəsində tikilən binadan çıxan taxta parçaları həyət evlərinin üstünə tökülüb və qonşulara xeyli maddi ziyan vurulub.

Qeyd edək ki, rəsmi qurumlar hazırda ərazidə tikintinin dayandırıldığını bəyan etsələr də sakinlər inşaat işlərinin davam etdiyini bildirirlər.

Ətraflı videomaterialda:




Xəbər 826 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +