Putin və Əliyev Düşənbədə görüşəcək
Əsgərin ölüm faktı üzrə cinayət işi başlanılıb
DTX rəisi itkin kimi qeydiyyata alınanların sayını açıqladı
Xankəndiyə avtomatla keçmək istəyən şəxsi polis saxladı
Qəzzada müharibə bitdi: Tramp, İsrail və Həmas təsdiqlədi
Dronlar Rusiyadakı “Lukoyl” qaz emalı zavodunu vurdu
Bu ölkənin Prezidentindən Türkiyə ilə bağlı şok iddia...
60 min dollara boy uzatma elanları: Fəsadları nələrdir?
Hadrutun işğaldan azad olunduğu gündür
Məşhurlarla bağlı qərar verildi


07.10.2025  10:57 

Xəzər və Qərbi Kaspi Universitetlərinin yalanı... – Bizə belə reytinq lazımdırmı?





A+  A-

“Stanford Universitetinin açıqladığı “dünyanın ən nüfuzlu alimlərin 2%-i” siyahısında Azərbaycan üzrə 41 tədqiqatçının adı çəkilməsi ilk baxışdan qürur doğurur. Amma bu məlumatlara dərindən baxanda ortaya çox ciddi manipulyasiya və etik problem çıxır. Siyahıda bəzi universitetlərin adları çoxlu sayda “alim”lə təmsil olunur, lakin həmin şəxslər nə o universitetdə işləyirlər, nə də Azərbaycanda yaşayırlar”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə təhsil məsələləri üzrə ekspert Kamran Əsədov çıxış edib

K.Əsədov bildirib ki, xüsusilə bəzi özəl ali məktəblərin – Xəzər Universiteti və Qərbi Kaspi Universitetinin siyahıda yer alan “tədqiqatçıları”na baxanda görürsən ki, onların adlarının əksəriyyəti nə azərbaycanlıdır, nə də həmin universitetlə faktiki əlaqəsi var:

“Onların hər biri ya ABŞ-da, ya Avropada, ya da Asiyanın elmi mərkəzlərində çalışan alimlərdir. Sadəcə öz elmi məqalələrində “affiliation” bölməsində bu universitetlərin adlarını yazıblar. Əslində bu, həmin universitetlərin xarici tədqiqatçılara pul ödəyib öz adlarını “affiliation”da göstərmək praktikasının nəticəsidir.

Yəni faktiki olaraq Azərbaycandakı həmin universitetlərdə bu alimlər yoxdur, onlarla tələbə görüşü də mümkün deyil, heç bir laboratoriyada işləmirlər, elmi mühitlə əlaqələri yoxdur. Sadəcə bir sənəddə ad çəkilib, nəticədə universitet reytinqdə “araşdırma mərkəzi” kimi görünür. Amma bu, kağız üzərində olan, saxta bir görüntüdür. Belə yalan və manipulyativ “reyting”lər ölkənin elmi nüfuzuna zərbə vurur, real tədqiqatla məşğul olan yerli alimlərin əməyini kölgədə qoyur”.

Ekspert bildirib ki, əsl sual budur: bizə belə yalan reytinq lazımdırmı?

“Universitetin məqsədi rəqəmləri şişirtmək, adını beynəlxalq siyahılarda göstərmək deyil, elmi mühit formalaşdırmaq, real tədqiqat aparmaq, gənc alimlər yetişdirmək olmalıdır. Akademik dürüstlük və şəffaflıq olmadan heç bir reytinqin mənası yoxdur. Azərbaycanın elmi adını belə yalan göstəricilərlə deyil, real araşdırmalarla yüksəltmək lazımdır”, - deyə K.Əliyev əlavə edib.



Xəbər 2653 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +