Azərbaycanın iqtisadi “liderliyi”: Şişirdilmiş illüziyalar
Kommunikasiyaların vacibliyini bir daha təsdiqlədik - Paşinyan
“Gənclik Moll“da həyacan siqnalı -VİDEO
“Oliqarx Baku” – Müştəri sağlamlığı üçün açıq risk məkanı
İntim videolar çəkən FHN polkovniki azadlıq üçün darıxır
Məktəblərdə pul yığılması halları var - Nazirdən etiraf
Prezidentlər ABŞ-də xatirə fotosu çəkdirdi
Rusiyada azərbaycanlı iş adamının başı dərddə
Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video


21.08.2022  16:19 

10 milyonluq xalqın 72 yaşlı qocaya gücü çatmır...





A+  A-

Bir neçə dostumun övladı xaricdə oxuyur. Peyğəmbərimiz deyib ki, elm Çində də olsa, arxasınca gedin. Bizim uşaqlardan biri Çinə, biri Amerikaya, ikisi Avropaya, bir-ikisi də təhsil almaq üçün Türkiyəyə gedib. İnşallah, bir neçə ildən sonra layiqli mütəxəssis kimi Vətənə dönərlər.

Hələlik isə orda qalıblar, Azərbaycana qayıda bilmirlər. Dostlarım bir ildir ki, övladlarının üzünü görmür. Ona görə yox ki, arada umu-küsü var, üz-üzə gəlmək istəmirlər. Ona görə ki, qiymətlər çox bahadır, tələb olunan vəsaiti toplayıb bilet ala bilmirlər...

Dostum deyir ki, dişinin dibini sümürüb bilet ala bilərdi. Axı bunun qayıtmağı da var. Bəs uşaq geri dönəndə bileti hansı pulla alsın?

Azərbaycanda hamı AZAL şefi Cahangir Əsəgərov kimi rahat pul qazanmır ki, yüzlükləri şaxlayıb kassanın arxasında əyləşən satıcı qıza uzatsın...

Uzaq Amerikanı demirəm, yaxın, qardaş Türkiyədə oxuyan tələbələrimizin də çoxu bu yay Azərbaycana qayıda bilmədi. Ankaradan, İstanbuldan Bakıya təyyarə biletləri 450-500 manatdır. Bəzən bu qiymət 690-700 manata qədər artır. Həmin pulu verib Cahangir Əsgərovun cibini doldurmaqdansa, Türkiyədə qalmaq daha sərfəlidir.

Təxminən 1 ay əvvəl acınacaqlı vəziyyət yaranmışdı. Türkiyədə oxuyan 20-yə yaxın tələbə avtobusla İğdıra gəlsə də, quru sərhədlərin bağlı olduğunu əsas gətirərək, onları Azərbaycana buraxmamışdılar. Dərhal Baş nazir Əli Əsədova video müraciət etdim. Status yazdım, səs-küy saldım, jurnalist dostlarımı səfərbər etdim. Nəhayət, 9 saat sonra qapıları açıb tələbələri ölkəyə buraxdılar...

Hər dəfə bu hadisəni xatırlayanda xəcalət çəkirəm.

Bilirsiniz, niyə?

Hər fürsətdə “gənclər bizim gələcəyimzidir” demirikmi?

Gələcəyimiz olan gəncləri 9 saat ac-susuz günün altında saxlamaq hansı insanlığa sığar? Daha ağır ifadə işlətməmək üçün dişlərimi bir-birinə sıxıram...

Millət vəkili Ceyhun Məmmədov nəcib təşəbbüslə çıxış edib. Ceyhun müəllim deyib ki, xaricdə təhsil alan tələbələrə bilet qiymətlərində güzəşt edilməlidir.

Mən də bu təklifə qoşuluram. Xatricdə oxuyan azərbaycanlı tələbələr üçün təyyarə biletlərinin qiyməti yarıbayara azaldılmalıdır. Onlara güzəştlər edilməlidir. Cahangir Əsgərov bunu könüllü etməsə, onu məcbur etmək lazımdır.

Neçə illərdi AZAL-ın yarıtmaz qiymət siyasətini tənqid edirəm. Amma Cahangir müəllim bu qulağından alıb o biri qulağından verir. 10 milyonluq Azərbaycan xalqının 72 yaşlı bir qocaya gücü çatmır.

Mən İlahi ədalətə inanıram. İnanıram ki, minlərlə tələbəni və onların valideynini gözüyaşlı qoyduğuna görə bir gün Allah onu cəzalandıracaq...

O məzlumların ahını zalımda qoymayan Allahdır...

Seymur VERDİZADƏ



Xəbər 3244 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +