“Gənclik Moll“da həyacan siqnalı -VİDEO
“Oliqarx Baku” – Müştəri sağlamlığı üçün açıq risk məkanı
İntim videolar çəkən FHN polkovniki azadlıq üçün darıxır
Məktəblərdə pul yığılması halları var - Nazirdən etiraf
Prezidentlər ABŞ-də xatirə fotosu çəkdirdi
Rusiyada azərbaycanlı iş adamının başı dərddə
Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq


16.07.2022  12:03 

İnsultdan tam sağalma mümkündürmü?





A+  A-

İnsult-ölümə səbəb olmasına görə, xərçəngdən və ürək xəstəliklərindən sonra üçüncü yerdə dayanır. Statistikaya görə, dünyada hər il 1 milyon insan insult olur.

Sağalanların 50%-də isə bu xəstəlik 5 il müddətində dəfələrlə geri qayıdır. İnsult çox vaxt 60 yaşdan yuxarı olan qocalarda baş verir. Xəstəliyin diaqnozu, ciddiliyi onun inkişafından, gecikməsindən asılıdır.

Insultun 2 növü vardır:

1. İşemik insult və ya beyinin infaktı.

İşemik insult 24 saatdan çox çəkən, nevroloji simptomların inkişafı ilə xarakterizə olunan xəstəlikdir.

2. Hemorragik insult və ya büyindaxili qansızma.

Səbəbi: Beyin arterial damarın travmatik genezli olmayan partlaması və qanın beyinə axmasıdır. Bu zaman beyində qan dövranı kəskin pozulur.

İnsultun ilk simpromları:

Bədənin hər hansısa bir hissəsində - sifət, əl və ayaqda əzələ zəifliyinin əmələ gəlməsi;

Qəfildən görmənin zəifləməsi və ya tamamilə yox olması;

Danışma qabiliyyətinin pozulması
Baş gicəllənmədən,ayağadura bilməməkdən şikayətlər
Qəfildən güclü başağrısı başlaması
Arterial təzyiqin düşməsi;

Xəstənin sifəti qırmızı rəngə çalır, əlləri əsir, nəfəsalma çətinləşir, hərarət yüksəlir.

Udma qabiliyyətinin pozulması
Qıcolma tutmaları;

Şüur pozulması;

İnsultun qarşısını almaq üçün nə etmək lazımdır?

Əgər arterial təzyiq varsa, gündə ən azı 2 dəfə onu yoxlatmalısız. Dərhal siqaret çəkməyi tərgitməli, spirtli içkidən imtina etməlisən. Yağlı yeməkləri az yemək, duzun miqdarını azaltmaq, çəkini qaydada saxlamaq lazımdır. Özünüzdə yuxaridaki saydığımız əlamətərdən heç olmasa birini hiss edirsinizsə dərhal klinikamıza müraciət edin.

Qalib Əsədov

Xəbər 3109 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +