İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


30.06.2022  09:50 

Zaur iranlı müğənnini efirdən qovdu - VİDEO





A+  A-

"ARB" kanalında yayımlanan "Həmin Zaur" verilişində gərgin anlar yaşanıb. Proqramın aparıcısı Zaur Kamal və iranlı müğənni Afşin Azərin arasında mübahisə yaranıb.

Sənətçi aparıcının "İrandan çoxsaylı tamaşaçımız olduğu üçün buradasınız" sözlərinə "O sizin fikrinizdir, mən heç nə deyə bilmərəm. Bizim yanımızda böyük hörmətiniz var.

Yəni deyirsiniz ki, məni Azərbaycanda sevmirlər?" Zaur isə öz növbəsində "Şəhərdə müsahibə götürdük, adını bilmirlər, amma mahnılarınızı eşidiblər. Efirdən əvvəl mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi. Dediniz ki, Ali Porme və ya digər iranlı müğənnilər kimdir ki, mənim yanımda? İranda səhnələri doldururam".

Azərin isə Zaurun bəhs etdiyi söhbəti xatırlamadığını bildirib:

"Dediyiniz söz-söhbət mənim yadıma gəlmir. İki kişinin xüsusi söhbəti biri-birinin yanında qalsa daha yaxşı olar".

Z.Kamal isə "Mən səni efirdən çıxaracağam, sən bir də mənim proqramımda olmayacaqsan" deyərək, onu efirdən qovub.

Reklamlarda sonra isə aparıcı məsələ barədə açıqlama verib:

"Günahı özümdə görürəm. Yeganə aparıcıyam ki, İrandan gələn müğənnilərə həmişə sonsuz hörmətim olub. Afşin Azərin efirdən öncə deyir ki, digər iranlı müğənniləri niyə çağırırsan? Orada onları bir o qədər sevmirlər. Həmin müğənnilərlə məni eyni tərəziyə qoyma. Qonaq gəlmisənsə, özünü qonaq kimi apar".





Xəbər 3893 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +