Həzi Aslanov təqaüdə göndərildi
Baş direktorla müavininə ağır cəza tələb edilir
Avtobusda ödəniş edərkən DİQQƏTLİ OLUN -FOTO
Milli Məclisin qarşısında yanğın -VİDEO
Durovu qonşusu zəhərləyib?
“Yaroslavnefteorqsintez“ zavodunda yanğın baş verib
Fantastik qiymətə kəmər...-FOTO
TRT-nin jurnalisti Qəzzada öldürüldü
AŞPA-da Paşinyanı şoka salan Zəngəzur sualı: Bakının planı işləyir
Gələn ay ardıcıl 4 gün iş olmayacaq


01.08.2019  10:06 

Tramp Rusiyaya görə narahatdır





A+  A-

ABŞ və Rusiya Prezidentləri arasında növbəti telefon danışığı olub.
XəzərNews.az-ın “The Hill” nəşrinə istinadən verdiyi xəbərə görə, Donald Trampla Vladimir Putin iki ölkə arasındakı ticarət əlaqələrini və son günlər Sibiri bürüyən meşə yanğınlarını müzakirə ediblər.

Nəşrin məlumatına görə, ABŞ-ın təşəbbüsü ilə baş tutan söhbət zamanı Tramp Sibirdə baş verən geniş meşə yanğınlarına görə narahat olduğunu ifadə edib.

Qeyd edək ki, Rusiyada meşə yanğınları üç milyon hektara yaxın ərazini əhatə edir. İyunun əvvəlindən bugünə qədər ən azı 11 bölgəni alov bürüyüb. Duman artıq Qazaxıstanın bir neçə bölgəsini, Karaqandin bölgəsini, Almatı vilayətinin şimal rayonlarını əhatə edib və Monqolustana çatıb.

Meşə yanğınları səbəbiylə Krasnoyarsk diyarı, İrkutsk bölgəsi və qismən Buryatiyada fövqəladə vəziyyət tətbiq edilib.

Ümumdünya Meteoroloji Təşkilatının nümayəndələri hesab edirlər ki, tüstü və yanma məhsulları qlobal istiləşməni gücləndirə və Arktikada buzların ərimə sürətini artıra bilər.

Xəbər 3118 dəfə oxunub.




01.10.2025  12:20 

Durovu qonşusu zəhərləyib?

01.10.2025  12:12 

Fantastik qiymətə kəmər...-FOTO


BÜTÜN XƏBƏRLƏR +