Təyyarə qəzası, ölənlər var -FOTO
ABŞ-da vəziyyət pisləşəcək -TRAMP
Deputatın meyiti TAPILDI
Türkiyə ilə ABŞ arasında bir çox sənədlər İMZALANIB
Trampdan Ərdoğanla görüşü barədə MARAQLI AÇIQLAMA
Prezident: Xəzər dənizi sürətlə kiçilir - “Vəziyyət pisdir”
Sabiq MTN polkovniki saxlanılıb -FOTO
Prezident BMT-də çıxış etdi - VİDEO
Netanyahunun təyyarəsi yoxa çıxdı
Lukaşenkodan Paşinyana təklif...


27.09.2018  10:07 

Ağacların altında maşın saxlamayın! - Xəbərdarlıq





A+  A-

Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi İdarəsi güclü küləklə bağlı paytaxt sakinlərinə xəbərdarlıq edib.
XəzərNews.az-ın məlumatına görə, idarənin rəisi Orxan Məmmədov “Qafqazinfo”ya bildirib ki, sakinlər nəqliyyat vasitələrini mümkün qədər hündür ağacların altında park etməsin:

“Küləyin sürəti həddindən artıq yüksək olduğu üçün hər an ağaclar aşa bilər. Bakının torpağı münbit olmadığından sağlam ağacların da aşmaq ehtimalı var. Ona görə də, binaların, ağacların altından keçəndə, nəqliyyat vasitəsini park edən zaman diqqətli olsunlar”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti də dünən güclü küləklə bağlı xəbərdarlıq yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti sentyabrın 28-i səhərədək davam edəcək.

Xəbər 2997 dəfə oxunub.




26.09.2025  00:49 

Tovuzda ev YANIB

26.09.2025  00:37 

Deputatın meyiti TAPILDI

25.09.2025  18:42 

Cəlilabadda yanğın baş verib

25.09.2025  18:38 

Lukaşenkodan Paşinyana təklif...

25.09.2025  12:38 

Danışan və SUSAN vicdan...


BÜTÜN XƏBƏRLƏR +