“Gənclik Moll“da həyacan siqnalı -VİDEO
“Oliqarx Baku” – Müştəri sağlamlığı üçün açıq risk məkanı
İntim videolar çəkən FHN polkovniki azadlıq üçün darıxır
Məktəblərdə pul yığılması halları var - Nazirdən etiraf
Prezidentlər ABŞ-də xatirə fotosu çəkdirdi
Rusiyada azərbaycanlı iş adamının başı dərddə
Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq


15.09.2017  11:27 

Füzulidə Bilik Günü qeyd olundu – FOTOLAR





A+  A-

15 sentyabr yeni tədris ilinin başlanması - Bilik günü respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da qeyd olunub.
XəzərNews.az xəbər verir ki, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 15 sentyabr - bilik günü münasibəti ilə Horadiz şəhərində 3 nömrəli tam orta məktəbdə olub, məktəbin müəllim, şagird kollektivi və valideynlərlə görüşüb.
Alı Alıyev məktəbin müəllim və şagirdlərini 15 sentyabr yeni tədris ilinin başlanması - bilik günü münasibəti ilə təbrik edib. Alı Alıyev deyib ki, hər bir xalqın varlığı onun məktəbinin necəliyi, müəlliminin kimliyi ilə müəyyən edilir. O xalq xoşbəxtdir ki, onun yaxşı məktəbləri, müdrik müəllimləri var. Füzulililər də xoşbəxtdirlər ki, onların yaxşı məktəbləri, yaxşı müəllimləri var.
Alı Alıyev qeyd edib ki, dövlət tərəfindən təhsilə göstərilə diqqət və qayğının nəticəsidir ki, rayonumuzun şagirdləri ildən ilə ali məktəblərə keçirilən qəbul imtahanlarda yüksək nəticələr əldə edirlər. “Rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 375 nəfəri ali məktəblərə, 120 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunub. Ali məktəblərə qəbul olunan məzunlardan 14 nəfəri 600–700, 25 nəfəri 500–600, 68 nəfəri 400–500, 123 nəfəri 300–400 arası bal toplayaraq tələbə adını qazanıb” - deyə Alı Alıyev vurğulayıb.
Alı Alıyev birinci sinfə qədəm qoyan şagirdləri bir daha təbrik edib, onlara uğurlar arzulayıb. Alı Alıyev məktəblilərə elmə, biliyə daha dərindən yiyələnməyi tövsiyə edib.
Çıxış edənlər ölkəmizdə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, respublikamızda, o cümlədən, Füzuli rayonunda təhsilə göstərilən diqqət və qayğıdan, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlərdən danışdılar.
Müəllimlər və valideynlər göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Rayonun ümumtəhsil məktəblərində ilk dərs “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub.






Xəbər 3644 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +