İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


31.08.2017  20:51 

DYP-dən paytaxt sürücülərinə xəbərdarlıq





A+  A-

Sentyabrın 1-də Qurban bayramı ilə bağlı paytaxtdakı məscidlərin ətrafındakı küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılmayacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, həmin gün paytaxtda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınması ilə əlaqədar bu ərazilərə nəzarət gücləndiriləcək: "Hələlik, yolların bağlanması barədə qərar qəbul olunmayıb. Amma yol polisi bu ərazilərdə nəzarəti gücləndirəcək. Sürücülərdən xahiş edirik ki, bayram namazına gələrkən müəyyən edilməmiş yerlərdə avtomobilləri park etməsinlər. Bu həm küçələrdə sıxlıq, həm də yol qəzalarına səbəb ola bilər".

V.Əsədov bildirib ki, həmin gün qurbanlıq heyvanlar satılan ərazilərə də yol polisi nəzarəti gücləndirəcək: "Bir daha sürücülərdən xahiş edirik ki, qurbanlıq heyvanların satış mərkəzləri yaradılan ərazilərdə yolların kənarlarında ikinci cərgələrdə avtomobilləri saxlamasınlar. Bu inzibati xəta ilə yanaşı, həm də digər avtomobillər üçün təhlükə yaradır".

Xəbər 3272 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +