“Oliqarx Baku” – Müştəri sağlamlığı üçün açıq risk məkanı
İntim videolar çəkən FHN polkovniki azadlıq üçün darıxır
Məktəblərdə pul yığılması halları var - Nazirdən etiraf
Prezidentlər ABŞ-də xatirə fotosu çəkdirdi
Rusiyada azərbaycanlı iş adamının başı dərddə
Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq
Sahibkarlar etiraza qalxdı... - Monopoliya yaradılır?


12.07.2017  10:24 

Ermənilərin öldürdüyü 2 yaşlı Zəhra və nənəsinin 7 mərasimi keçirilib - Füzulidə





A+  A-

Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində qətlə yetirilən Sahibə Quliyevanın və onun azyaşlı nəvəsi Zəhra Quliyevanın yeddi mərasimi keçirilib.
XəzərNews.az xəbər verir ki, yas mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun bütün idarə, müəssisə və təşkilatları, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, sadə insanlar, o cümlədən müxtəlif rayon və şəhərlərindən olan insanlar, həmçinin respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının rəsmi şəxsləri iştirak edib. Dörd mindən artıq insanın iştirak etdiyi mərasimdə azyaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyeva məzarları başında yad edilib, ruhlarına dualar oxunub.
Minlərlə insanın iştirak etdiyi yeddi mərasimdə Ermənistan Silahlı Qüvvələrinin Alxanlı kəndində dinc əhalini mütəmadi olaraq atəşə tutması, qadınları və azyaşlı uşaqları hədəf alması lənətlənib, düşmənin Alxanlıda törətdiyi hadisənin cavabsız qalmadığı vurğulanıb. Bildirilib ki, Ermənistanın Alxanlıda dinc insanlara qarşı törətdiyi hadisəyə ordumuz tərəfindən layiqli cavab verilib, Sahibə Quliyevanın və azyaşlı Zəhranın qisası alınıb. Qeyd olunub ki, Ermənistanın Alxanlıda dinc sakinləri, xüsusilə azyaşlı uşağı qanına qəltan etməsi bütün dünyaya çatdırılıb, düşmənin insanlığa sığmayan hərəkətləri beynəlxalq təşkilatlar tərəfindən pislənilib və qınanılıb.
Alxanlı kənd sakinləri bir daha düşmənin bu cür hərəkətlərindən qorxmadıqlarını, öz evlərini tərk etmədiklərini, Ali Baş Komandan, Prezident İlham Əliyevə, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər.




Xəbər 3449 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +