İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


12.07.2017  09:48 

Quba məzarlığı ilə bağlı təkliflər Prezident Administrasiyasına təqdim olunacaq





A+  A-

“Soyqırımı memorial kompleksi”ndə açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi ilə bağlı yaranmış mövcud vəziyyətin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılan komissiyanın iyunun 9-da Qubada iclası keçirilmişdi. Komissiya araşdırmanın nəticələrini və görüləcək işlər barədə təklifləri bir ay müddətində Prezident Administrasiyasına təqdim etməli idi.
XəzərNews.az xəbər verir ki, Komissiya üzvlərindən, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Modern.az-a bildirib ki, məsələ ilə bağlı təkliflər hələ ki Administrasiyaya təqdim edilməyib:

“Bilirsiniz ki, Qubada Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun rəhbərliyi ilə iclas oldu. Həmin vaxt memorial kompleksə baxış keçirildi və müzakirələr aparıldı.
Memorial kompleksin bundan sonrakı vəziyyəti təbii ki, ölkə başçısının qərarı ilə müəyyən olunacaq. Artıq komissiya tərəfindən müvafiq araşdırmalar aparılıb. Hər kəs öz təklifini irəli sürüb və bu məsələlərin hamısı komissiya tərəfindən toplanılıb Prezident Administrasiyasına təqdim ediləcək. Bununla da yekun nəticələr bəlli olacaq. Lakin toplanılan təkliflər hələ ki təqdim edilməyib”.

Xəbər 2939 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +