Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq
Sahibkarlar etiraza qalxdı... - Monopoliya yaradılır?
Nəsimi Nəbizadə müalicə aldığı “Qurtuluş”dan qaçıb?
Meyiti 20 il soyuducuda saxladı, həbs olundu
Zelenski Trampdan görüş zamanı nə istəyib?
Qan dayanana qədər mübarizə aparacağıq - Ərdoğan
Generaldan jurnalistə sərt cavab -“Siz kimsiniz ki, mənə zəng etmisiniz?“


17.07.2025  18:59 

Doğum evində üçəm doğuldu, baxımsızlıqdan tələf oldu





A+  A-

Bakıda yerləşən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı Doğum Evi) adı daha bir qalmaqalla gündəmə gəlib. Əmirova Nərgiz adlı ana iddia edir ki, iyunun 24-də dünyaya gətirdiyi üç körpədən ikisi baxımsızlıqdan həyatını itirib.

XəzərNews.az Tribunainfo.az-a istinadla xəbər verir ki, ana qeysəriyyə əməliyyatı ilə doğuş həyata keçirmək üçün 2500 manat ödəniş edib. Əməliyyat Tənzilə Əliyeva adlı həkim tərəfindən icra olunub və üç oğlan körpə dünyaya gəlib.



Əmirova ailəsinin iddiasına görə, doğuşdan sonra uşaqların küvəzdə saxlanması üçün əlavə 5000 manat tələb olunub. Bu tələblə G. Məmmədzadə adlı həkim çıxış edib və ailəyə bildirilib ki, pul ödənilməsə, körpələr küvəzdən çıxarılacaq.

Ailə vəziyyətin kritikliyini nəzərə alaraq məbləği ödəyib. Lakin valideynlər bildirirlər ki, buna baxmayaraq uşaq həkimi Şəbnəm Qəhrəmanova tərəfindən iynə, dərman və digər ləvazimatlar adı ilə davamlı olaraq əlavə ödənişlər tələb olunub.

Ana Nərgiz Əmirovanın sözlərinə görə, iyulun 1-də körpələrdən biri, iyulun 7-də isə digəri dünyasını dəyişib. Valideynlər iddia edirlər ki, maddi imkanlarının tükənməsi səbəbindən əlavə pul verə bilmədikləri üçün körpələrə lazımi tibbi yardım göstərilməyib.

“Pul vermədiyimiz üçün uşaqlarımıza baxılmadı. Sonda iki körpəmi itirdim. Baş həkim Xuraman Bağırova isə bu barədə şikayət etməməyimiz üçün bizə pul təklif etdi,” – deyə ana bildirir.



Ailə yalnız üçüncü körpənin həyatını xilas edə bilib. Körpə hal-hazırda K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicə alır.

Əmirova Nərgiz və ailə üzvləri ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edərək məsələ ilə bağlı obyektiv araşdırma aparılmasını və məsul şəxslərin cəzalandırılmasını xahiş ediblər.

Məsələ ilə bağlı 6 saylı Doğum Evinin rəhbərliyi ilə əlaqə saxlamaq mümkün olmayıb. Əməliyyatı həyata keçirən Tənzilə Əliyeva isə qısa olaraq pul almadığını deyib və dəstəyi asıb.



Qeyd edək ki, doğum evinin baş həkimi Xuraman Bağırova, institutun direktoru isə Cəmilə Qurbanovadır.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub və araşdırma başladılıb.




Xəbər 985 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +