“iTicket.az” baş tutmayan tədbirin bilet pullarını qaytarmır
Rusiya “Tramp marşrutu”nu dəstəkləyir?
Paşinyan yenidən Rusiyaya səfər edəcək
Rusiyada Azərbaycan istehsalı yüzlərlə “Coca-Cola“ küçəyə atıldı
Neft emalı zavoduna PUA hücumu -VİDEO
Lavrov Alyaskaya “SSRİ” yazılı sviterlə gəlib - VİDEO
Unun satış qiymətləri açıqlandı
Xocalıya köçənlərə 5 hektar torpaq veriləcək
Ukrayna Həştərxana zərbə endirib
İcra Hakimiyyəti eyni şirkətlə 3 milyonluq anlaşdı


17.07.2025  13:49 

Əliyev və Berdiməhəmmədov Şuşada - Foto





A+  A-

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar.

XəzərNews.az xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə kompleks barədə məlumat verdi.

İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Bu kompleksin təməlini 2021-ci ilin avqustunda Azərbaycan Prezidenti qoyub. Yaşayış kompleksində ümumilikdə 450 mənzil var. Onlardan 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır. Burada keçmiş məcburi köçkünlər və Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər üçün xidməti mənzillər istifadəyə verilib. Bu yaşayış kompleksinə indiyədək 376 keçmiş məcburi köçkün ailəsi, ümumilikdə isə 1409 nəfər köçürülüb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.





Xəbər 553 dəfə oxunub.



15.08.2025  11:05 

Ukrayna Kurska hücum edib

15.08.2025  10:49 

Qəbələdə evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +