Putin Trampı imicinə zərbə vurur - Politoloq
16 yaşlı qıza təcavüz edənlər saxlanıldı
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
“AA“ seriyalı “Land Rover“ini sürən yeniyetmə...
Hikmət Hacıyev ABŞ-da... - Görüşlər keçirir
Bu, müharibə aktıdır - Co Vilson
Dünyada daha bir eskalasiya baş verdi - Zelenski
Vilayət Eyvazov Ansaqan Baltabekovu qəvul edib
Polşa səmasında Rusiya PUA-ları vurulub
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq


29.08.2025  14:45 

İki azərbaycanlı Rusiyadan zorla çıxarıldı





A+  A-

Rusiyada yaşayan iki azərbaycanlı ölkədən zorla çıxarılıb.

XəzərNews.az yerli mediaya istinadla bildirir ki, iyun ayında Marıy El respublikasında qanunsuz yaşayan iki kişi aşkar edilib. Onlardan biri Rusiyaya hələ dörd il əvvəl, 2021-ci ilin yayında işləmək məqsədilə gəlib. Həmin ilin payızında Rusiyada qalma müddətini uzatmayıb və beləliklə qanunsuz vəziyyətdə qalıb. Onun sözlərinə görə, respublikada yaşayan həyat yoldaşı və qızı ilə ayrılmamaq üçün belə edib.

İkinci azərbaycanlı isə bu ilin mart ayında Rusiyaya gəlib, Tula vilayətində miqrasiya uçotuna alınıb, gəliş məqsədi əmək fəaliyyəti olub. İyundan etibarən o da qanunsuz vəziyyətə düşüb. Öz sözlərinə görə, vətənə qayıtmaq üçün pulu olmayıb.

İnzibati xətaya dair iş üzrə çıxarılan qərara əsasən, Azərbaycan Respublikası vətəndaşları Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinin 1.1-ci hissəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli biliniblər. Hər birinə 2000 rubl məbləğində inzibati cərimə və Rusiya Federasiyası hüdudlarından məcburi inzibati qaydada çıxarılma cəzası təyin edilib.

Xəbər 2464 dəfə oxunub.




10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +