Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


11.02.2023  10:06 

122 saat sonra sağ olduğu öyrənildi, amma...





A+  A-

Hatayda dağılmış binanın altında qalan Aya adlı qız onunla təmas quran xilasedicilərin səylərinə baxmayaraq 122 saat sonra həyatını itirib.

XəzərNews.az xəbər verir ki, gecə yarısı başlayan xilasetmə işləri 9 mərtəbəli binanın 2-ci mərtəbəsində qapalı vəziyyətdə qalan Aya üçün Kocaeli və Trabzon Böyükşəhər Bələdiyyələrinin axtarış-xilasetmə qrupları böyük səy göstərib.

Saat 06:30 radələrində qruplar günlərdir dağıntılar altında sağ qalmaq üçün mübarizə aparan və bir ayağının beton blokun altında qaldığı öyrənilən Ayaya çatıb.

Xilasedicilər beton blokun altında qalan ayağını xilas edə bilməyib. Bu arada intubasiya olunduğu təsbit edilən Ayanın ayağını kəsərək dağıntılar altından çıxarmaq üçün həkim qruplarına müraciət edilib.

Həyati riski səbəbindən ayağının kəsilməsinə qərar verilən Aya bir neçə dəqiqə sonra səhər saat 07:00 radələrində dünyasını dəyişib.

Ayanın zəlzələdən təxminən 122 saat sonra vəfat etməsi onu xilas etmək üçün böyük səy göstərən axtarış-xilasetmə əməkdaşlarını böyük kədərləndirib.

Xəbər 2039 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +