Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


08.05.2021  20:15 

Yunan-Roma güləşçilərimizdən - Biabırçı nəticə





A+  A-

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində bu gün yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
XəzərNews.az xəbər verir ki, güləşin bu növündə Azərbaycanın 5 təmsilçisi qüvvəsini sınayır. Murad Məmmədov (60 kq), Rəsul Çunayev (67 kq) və Rafiq Hüseynov (77 kq) təsnifat, Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) 1/8 final mərhələsindən yarışa başlayıb.

Onlardan yalnız Hüseynov yarımfinala yüksələ bilib. O, mübarizəyə yarımfinal mərhələsindən başlamalı olsa da, Hyenvu Kim (Koreya) görüşə çıxmadığı üçün azərbaycanlı pəhləvan 1/8 finala adlayıb. Təcrübəli pəhləvan növbəti görüşlərində Qurpret Sinq (Hindistan) və Abd Elkrim Ouakalini (Əlcəzair) məğlubiyyətə uğradıb. Yarımfinalda rəqib Viktor Nemes (Serbiya) olacaq.

Məmmədov ardıcıl olaraq, Stiq Andre Berqe (Norveç) və Maksim Kajarskiyə (Belarus) qalib gəlsə də, 1/4 final mərhələsində Hanyae Çunqa (Cənubi Koreya) uduzub.

Çunayev Donior İslamov (Moldova) və Deyvid Dimitrovu (Bolqarıstan) yenməsinə baxmayaraq, əslən azərbaycanlı Pərviz Nəsibova (Ukrayna) məğlub olub.

Lokyayev ilk görüşdəcə Nikolos Kakelaşviliyə (İtaliya) uduzub. Kandelaki isə Oskar Marviki (Norveç) mübarizədən kənarlaşdırsa da, Rafal Krajevskinin (Polşa) müqavimətini qıra bilməyib.

Xəbər 3849 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +