Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


01.03.2018  22:19 

Azərbaycanda bağlanan 4 bankın maşınları satıldı - Siyahı





A+  A-

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Xammal və Əmtəə Birjası vasitəsilə 19 və 26 fevral 2018-ci il tarixlərində ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.
Fonddan XəzərNews.az-a verilən məlumata görə, keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 2 ədəd “Toyota Camry”, 1 ədəd “Lexus LX-570”, 1 ədəd “Mitsubishi Outlander”, 1 ədəd “Toyota Corolla”, 1 ədəd “Mitsubishi Lancer”, 2 ədəd “Ford Transit Connect” markalı avtomobillər və 4 ədəd bankomat hərracda satılıb.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı Şabran rayonunda yerləşən torpaq sahəsi və 2 ədəd bankomat satılıb.

Həmçinin ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı 1 ədəd QAZ-3110, 1 ədəd “Toyota Camry” və 1 ədəd “Toyota Land Cruser” markalı avtomobillər hərracda satılıb.

Bundan başqa, ləğv prosesində olan “Royalbank” ASC-nin balansındakı 1 ədəd qeyri-yaşayış sahəsi, ləğv prosesində olan “Zaminbank” ASC-nin balansındakı 1 ədəd “Ford Transit Connect” və “Range Rover” markalı avtomobillər satılıb.

Hərracda bir neçə avtomobillə xüsusi maraq olduğundan yekun satış qiyməti ilkin qiyməti xeyli üstələyib. Belə ki, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı “Toyota Camry” avtomobilinin (2014-ci il buraxılışı) ilkin qiyməti 34 070 manat olduğu halda, satış qiyməti 40 890 manat, “Mitsubishi Outlander” avtomobilinin ilkin qiyməti 18 570 manat olduğu halda, satış qiyməti 25 638 manat təşkil edib.

Xəbər 3616 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +