Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


22.12.2022  15:48 

Ermənistanın Azərbaycana təqdim etdiyi sülh müqaviləsində nələr var?





A+  A-

"Azərbaycana böhran yaranarsa və onu həll etmək mümkün olmadıqda, Beynəlxalq Məhkəməyə mümkün müraciət mexanizminin yaradılmasını təklif etdik".

XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasında keçirdiyi brifinqdə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Qarabağla bağlı təklifdə həll yoluna gəlinə biləcək məqam varmı” sualına Təhlükəsizlik Şurasının katibi “danışıqlar gedir” deyə cavab verib.

“Danışıqlar aparıldıqda, nəhayət, məsələyə aydınlıq gətirəcəyik”, - deyə o, bildirib.

Xatırladaq ki, Ermənistan hökumətin bu gün keçirilən iclasında baş nazir Nikol Paşinyan Ermənistanın Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflər təqdim etdiyini bildirib.

“Biz belə məzmunlu müqavilə imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın da reaksiyası müsbət olacaq”, - deyə baş nazir əlavə edib.

Qeyd edək ki, Paşinyan hansı məzmunlu sülh müqaviləsini təklif etdiklərini açıqlamayıb.

Azərbaycandan isə hələ ki, Paşinyanın açıqlamasına heç bir münasibət bildirilməyib.

XəzərNews.az

Xəbər 1131 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +