Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


25.11.2022  14:34 

“Pulu olmayan xaricə müalicəyə gedə bilmir, vəfat edir”





A+  A-

“Biz pensiya yaşının azaldılmasını, uşaq pulu verilməsini insanların sosial durumunun yaxşılaşdırılması üçün deyirik”.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, növbəti illərdə uşaqlara qulluq üçün verilən vəsaitə yenidən baxılmasının vacibliyi Hesablama Palatasının rəyində də qeyd edilib:

“Eyni zamanda dəfn xərclərinin də artırılması təklif edilir. Heç olmasa insana doğulanda və öləndə dəyər verək. Çoxlu insanımız naşı səhiyyə sistemi ucbatından dünyasını dəyişir. Sağlamlıq problemlərindən ölənlərin sayı kifayət qədərdir. Azərbaycanda keyfiyyətli səhiyyə yoxdur. Pulu olmayan Türkiyəyə, xaricə müalicəyə gedə bilmir, vəfat edir”.

Deputat qeyd edib ki, məşğulluqla bağlı məsələyə də ciddi diqqət yetirməliyik:

“Məşğulluq xidmətlərində qeyri-müəyyən, yalandan iş təklifləri edirlər. Bu mexanizm canlandırılmalıdır. Dövlət əli ilə iş yeri açılması ideyası artıq absurddur. Özəl sektor canlandırılmalıdır. Deyirlər ki, camaat işləmək istəmir. Yalandır. Normal iş yeri olsa, hamı gedib işləyər. Yaxşı maaş olsa, hamı işləmək istəyir”.

Xəbər 771 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +