BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü
XİN-dən Paşinyana cavab
Məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ
Sərnişin avtobusunda təhlükəli anlar yaşandı: Rəsmi qurumdan reaksiya gəldi - VİDEO


05.11.2022  13:13 

Polis məşhur klublarda əməliyyat keçirdi - Video





A+  A-

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi AQTA mütəxəssislərinin iştirakı ilə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran dəstəyə qarşı əməliyyat keçirib.

XəzərNews.az xəbər verir ki, əməliyyat nəticəsində dəstənin üzvləri - Emil Həsənov, Elçin Mirzəyev, Mikayıl Abbasov, Cahid Şahbazov, Rasim Nuriyev, Neman Abdullayev, Tərxan Kəlbiyev və Sərqam Orucov tutulublar.

Müəyyən olunub ki, Mikayıl Abbasovla Elçin Mirzəyev paytaxta yaxın qəsəbələrdə gizli sexlər yaradaraq orada kustar üsulla viski, tekila, konyak, araq və digər növdən olan spirtli içkilər hazırlayıblar. Daha sonra bu şəxslər spirtli içkilərin topdan satışı ilə məşğul olan Neman Abdullayev, eləcə Bakı şəhərində yerləşən “Gold Baku” və “Tunel” gecə klublarının sahibləri Cahid Şahbazov, həmçinin Emil Həsənovla birgə cinayət əlaqəsinə girərək saxta spirtli içkilərin həmin obyektlərdə müştərilərə satışını təşkil ediblər.



Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən adları sadalanan şəxslərə məxsus saxta spirtli içkilərin hazırlandığı sexlərə, anbarlara və gecə klublarına baxış keçirilib. Həmin obyektlərdən xeyli sayda müxtəlif əmtəə nişanları altında qablaşdırılmış saxta spirtli içkilər, çoxsaylı etiketlər, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt və sair maddi sübutlar aşkar olunaraq götürülüb. Aşkar edilən saxta spirtli içkilərin ekspertizası zamanı müəyyən edilib ki, həmin məhsullar istifadəyə yararsız olmaqla bərabər insan sağlamlığı üçün də ciddi təhlükə mənbəyidir.

Faktlarla bağlı cinayət işi başlanılıb. Dəstənin üzvləri barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər 1047 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +