XİN-dən Paşinyana cavab
Məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ
Sərnişin avtobusunda təhlükəli anlar yaşandı: Rəsmi qurumdan reaksiya gəldi - VİDEO
Ermənistandan İrana daha iki zərbə
Paşinyan İTV-yə müsahibə verdi - Video
Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?


29.11.2017  16:54 

Mətbuat Şurasının sədrindən jurnalisti hədələyən icra başçısına - CAVAB





A+  A-

Tanınmış jurnalist, köşə yazarı Seymur Verdizadə bir neçə gün əvvəl yayımlanan "Əsa ila gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısına görə təhqir olunub. Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin yaxın ətrafı jurnalistə zəng hədərək onu təhqir edib, hədə qorxu gəlib.
XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov münasibət bildirib.

Amaşov deyib ki, bu hal yolverilməzdir: "Jurnalistin yazdığı yazıya görə təhqirə, hədə-qorxuya məruz qalması əsla yolverilməzdir. Belə xoşagəlməz hərəkət dövlət məmuru və ona yaxın çevrə tərəfindən həyata keçirilibsə, ancaq təəssüf doğura bilər. Bunu təsadüfən bildirmədim. Baxıram jurnalist Seymur Verdizadənin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyev və ona yaxın çevrə tərəfindən təhqirlərə, hədə-qorxulara məruz qaldığına dair məlumatlar yayımlanmaqdadır və qarşı tərəfin əks aqrument ortaya qoymaması məsələni həqiqət kimi qəbul etməyə əsas verir.
Bir daha bildirirəm ki, jurnalistin yazdığı yazıya görə təhqir olunması, hədələnməsi həm davranış qaydalarına, həm də qanunlara ziddir. Jurnalistin fikrini qəbul etməmək, ona sivil qaydada etiraz bildirmək olar. Çox istərdim ki, buna xüsusən dövlət qurumlarının təmsilçiləri həssas yanaşsınlar. Bu həssaslıq yalnız etik məsələ deyil, eyni zamanda idarəçilik bacarığı və qabiliyyətidir."
Qeyd edək ki, məsələylə bağlı "Qafqazinfo”ya açıqlama verən S.Verdizadə yazı dərc olunandan sonra icra başçısının yaxınları və müavinləri tərəfindən təhqir edildiyini, ailə üzvlərinin təhdid olunduğunu bildirib.

Xəbər 1231 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb


BÜTÜN XƏBƏRLƏR +