Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


14.02.2023  16:29 

“Şərurlu İsfəndiyar ad qazanmış dələduzdur!”





A+  A-

“Şərurlu İsfəndiyar bu ölkədə ad qazanmış, amma çox təəssüf ki, neqativ ad qazanmış bir dələduzdur, dolandırıcıdır. Onun hələ azadlıqda necə qalması belə şübhə doğurur”.

Bu sözləri “TV Müsavat”ın canlı efirində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu “Şərur” MTK-nın rəhbəri Şərurlu İsfəndiyar haqqında danışarkən deyib:

“Adam deyir ki, zəlzələ olanda oturub evdə çay için. Bu, bütün göstəricilərə ziddir. “Zəlzələ anında insan necə davranmalıdır” deyə bütün dünyada qaydalar var. Onun dedikləri buna ziddir. Bu adam cinayət edir və o qaydalarda “çay içmək” deyə bir şey yoxdur. Orada stolun altına girmək və s. şeylər var. Üstəlik, orada yazılıb ki, əgər yuxarı mərtəbə yaşayırsansa, aşağı düşmə, yuxarıya qalx. Çünki bina çökəndə alt mərtəbələr çökür, amma üst tərəfi yuxarıda qalır. Ona görə də mümkün olan qədər yuxarı çıxmaq lazımdır. Zəlzələ anında 9-16 mərtəbəli binalarda aşağıya qaçmaq intihara qaçmaq kimi bir şeydir. Yaponlar zəlzələ olan kimi binaların damına, üst mərtəbələrə qalxırlar ki, yaşamaq şansı olsun. Şərurlu İsfəndiyar isə deyir ki, oturun evdə çayınızı için, heç narahat olmayın, bizim binalar möhkəmdir. Qoy, olsun, binalar Azərbaycanda möhkəm olsun, amma camaatı da rahat etmək doğru deyil”.

“Yadınızdadırsa, Kahramanmaraşda 3 milyon TL-yə ev satılırdı. Evin elanında, bilirsiniz, nə yazılmışdı? “Cənnətdən bir parça və zəlzələyə davamlı”. Binanı elə təqdim etmişdilər ki, guya, zəlzələyə ən davamlı binalardan biridir. Həm Kahramanmaraşda, xüsusən də Malatyada evlər ağac kimi yıxıldı. Çökmədi, əksinə, ağac kimi düzünə aşdı”, – əlavə edib.

“Elə bizim ev dələduzları da satdıqları evləri o cür reklam edirlər. Mən də tamaşaçılara müraciət edirəm ki, Şərurlu İsfəndiyara və onun rəyinə inanmayın. Üstəgəl, zəlzələ zamanı nə etmək lazım olduğunu “Həzrəti Google”da axtarış verin, orada nə deyilirsə, onu da edin. Şərurlu İsfəndiyarın dediyini etməyin. Allah Azərbaycanı qorusun, zəlzələ olmasın, amma olarsa da, oturub çay içməyin”, – yekunlaşdırıb.

R. Arifoğlunun dediklərinə Şərurlu İsfəndiyar da cavab verib. Elə müsavat.com-da yayımlanan cavabda iş adamı haqqında “dələduz” ifadəsinin işlədilməsini bir ziyalıya yaraşmayan hərəkət kimi qiymətləndirib...

“Mənə dələduz deyən Rauf Arifoğlu göstərsin, görək mən harada və kimə qarşı dələduzluq etmişəm?! Ortaya bir fakt qoysun, bir insan çıxarsın efirə ki, mən məhkəmə qərarı ilə onlara qarşı dələduzluq əməli törətmişəm. Dələduzların aldatdığı minlərlə insana mən ev vermişəm, onlara dəyən ziyanı ödəmişəm. İndi Rauf Arifoğlu ziyalı kimi düşünsün, cahil kimi yox, çünki mən onu ziyalı kimi görürəm. Məni dələduz aldandıran bu və ya digər şəxslərə buradan demək istəyirəm ki, mənim dövlətə və xalqa göstərdiyim xidmətlərin yarısını siz edin, ondan sonra haqqımda eşitdiklərinizi araşdıraraq faktları yayın.

Sözügedən zəlzələ məsələsinə gəlincə isə deyəcəyim odur ki, insanlar təşvişə düşməsinlər, özlərini itirməsinlər. Baxırıq, kimisi özünü pəncərədən atır, kimisi nə edəcəyini bilmir. Mən vətəndaşların özlərini qorxuya salmaması üçün bunu deyirəm. Efirdə iş adamlarına qara yaxmaqdansa, mütəxəssisləri danışdırsınlar ki, zəlzələ zamanı insanlar nə etməli olduqlarını bilsinlər"./Yenisabah.az

Xəbər 1248 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +